Stefan Dyujarrik: BMT-nin mütəxəssisləri Dağlıq Qarabağda Rusiya ilə işləməyə hazırdır

Dyujarrik deyib ki, Baş katib Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbətlərində BMT-nin ölkələrə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

Source: Specify Source


Baş katib Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefonla danışıb

BMT-nin mütəxəssisləri Dağlıq Qarabağda gərəkən humanitar əməkdaşlığın həcminin dəyərləndirilməsi üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.

Bunu BMT Baş katibinin təmsilçisi Stefan Dyujarrik jurnalistlərə deyib.

Bu barədə "Azadlıq Radiosu" xəbər yayıb.

Baş katibin təmsilçisi qeyd edib ki, BMT-nin humanitar məsələlərin koordinasiyası idarəsi və digər şöbələri Dağlıq Qarabağda və ətraf regionlarda humanitar ehtiyacların ilkin müstəqil dəyərləndirməsini aparmaqdan ötrü birgə fəaliyyət imkanlarının müzakirəsinə hazırdır.

Dyujarrik deyib ki, Baş katib Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbətlərində BMT-nin ölkələrə humanitar yardım göstərməyə hazır olduğunu bildirib.

"Ümid edirik ki, hərbi əməliyyatların dayanması ilə humanitar işçilər bütün regionlarda ehtiyacı olanlara, münaqişədən əziyyət çəkənlərə çıxış əldə edəcək", – o vurğulayıb

Ana səhifəSiyasətStefan Dyujarrik: BMT-nin mütəxəssisləri Dağlıq Qarabağda Rusiya ilə işləməyə hazırdır