Son sutkada Azərbaycanda koronavirusdan 15 nəfər ölüb

Sağalanların sayı 1300-ü keçib

Source: Meydan TV


Sağalanların sayı 1300-ü keçib

Mayın 11-də Azərbaycanda koronavirus infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada nəfər 15 “COVID-19”dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 327 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4 713 nəfər vəfat edib. 14 571 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081, bu günə qədər isə ümumilikdə 3 346 012 test icra olunub.

Ana səhifəXəbərlərSon sutkada Azərbaycanda koronavirusdan 15 nəfər ölüb