Son sutkada 305 nəfər COVİD-19 infeksiyasına yoluxub

Bildirilir ki, ötən günlə müqayisədə yanvarın 19-da yoluxanların sayı artıb.

Foto: Meydan TV


13 nəfərin öldüyü bildirilir

Yanvarın 19-da Azərbaycanda 305 nəfər COVİD-19 infeksiyasına yoluxub, 949 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər ölüb.

Bildirilir ki, ötən günlə müqayisədə yanvarın 19-da yoluxanların sayı artıb. Belə ki, yanvarın 18-də 118 adam COVİD-19 infeksiyasına yoluxmuşdu.

Qərargah ümumilikdə Azərbaycanda 227 min 696 nəfərin COVİD-19 infeksiyasına yoluxduğunu, onlardan 216 min 720 adamın sağaldığını xatırladıb: “3032 pasiyent isə ölüb. Hazırda aktiv xəstə sayı 7944 nəfərdir”.

O cümlədən, ötən müddətdə 2 milyon 328 min 507 testin aparıldığı bildirilib: “Bugünkü test sayı isə 6915-dir”.

Ana səhifəSosialSon sutkada 305 nəfər COVİD-19 infeksiyasına yoluxub