Siyasi şərhçi: Azərbaycan-Rusiya münasibətlərində əcaib bir situsiya yaranıb

“Düşünürəm ki, Moskva Bakıdan Dağlıq Qarabağın statusuyla bağlı son vaxtlar qaldırılan məsələlərə ciddi reaksiya verməməsini, Zəngəzur məsələsini də vaxtından əvvəl gündəmə gətirməməsini istəyir”

Source: Specify Source


Tofiq Zülfüqarov: "Bu bəyanatlar bir növ çağırış xarakterlidir"

Dövlət başçısı İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin iyulun 20-də Moskvada baş tutan görüşündə bir sıra fikirlər

səsləndirilib.

Mətbuat üçün açıq keçirilən görüşdə səslənən bəyanatlar Azərbaycan ictimaiyyətində də bəzi suallar doğurub.

İlk növbədə V.Putinin Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən kompromis ifadəsini işlətməsi diqqət çəkib.

Daha sonra Əliyev bildirib: “Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik”.

Bəs Azərbaycanla Ermənistan arasındakı münaqişə fonunda bu bəyanatların arxasında nə dayanır?

“Prezidentlərin Moskva görüşü haqqında rəsmi bəyanatlar qismən də olsa, danışıqların motivini əks etdirə bilər. Amma mən hansısa ifadələrə görə dərin mülahizələr irəli sürməyi düzgün saymıram, bu, qeyri-ciddi olardı”, – sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə belə deyib.

Sabiq nazirin fikrincə, hər bir sülh prosesində kompromislər olmalıdır: “Amma bu kompromislər bir çox hallarda ictimaiyyət üçün açıqlanır ki, həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti mənzərəni kompleks şəklində görsün".

tofiq_zulfiqar_(8).jpg
Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov deyir ki, bu bəyanatlar bir növ çağırış xarakterlidir: "Bu ifadələrin açıq şəkildə səsləndirilməsi həm də onu göstərir ki, gələcəkdə baş verən mənfi və müsbət hadisələrin əsas tərəfləri aydın görsün. Hesab edirəm ki, bu, sadəcə, çağırışdır. Bu fikirlərin alt mənasında nə var, təbii ki, indiki mərhələdə bu barədə konkret bir şey demək olmaz. Gözləyək, görək hansı informasiyalar yayılacaq, o zaman daha konkret təhlil edə bilərik”.

Siyasi şərhçi Rauf Mirqədirov Azərbaycan-Rusiya münasibətlərində çox əcaib bir situsiyanın yarandığı qənaətindədir:

“Təsəvvür edin ki, prezidentlər görüşəndə "bəh-bəh" deyib gülürlər, amma bu cür təmaslardan əvvəl münasibətlər haqda müxtəlif informasiyalar yayılır. Məsələn, Azərbaycan məhkəmələrində erməni silahlı dəstələrini Qarabağa Rusiya sülh məramlılarının buraxdığı, ardınca atışmalar barədə bu ölkənin Müdafiə Nazirliyinin Bakını razı salmayan xəbərləri yayıldı. Amma prezidentlərin görüşdə hər hansı qərarın qəbul oldunduğu haqda informasiya olmadı”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirov Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakı səfərini dövlət başçısının 20 iyulda Moskvada müzakirə etdiyi məsələlərlə əlaqələndirmək istəmir:

“Avropa İttifaqı Şurasının Prezidentinin səfəri ənənəvi xarakter daşıyırdı, elə bir ciddi hadisə olmadı, daha çox iqtisadi məsələlərə üstünlük verdi. Məncə, Moskvada səhnəarxasında müəyyən razılaşmalar əldə olunub, bunu qismən Putinin öz çıxışında kompromisli qərarların axtarışı barədə ifadə səsləndirməsində görmək olar. Düşünürəm ki, Moskva Bakıdan Dağlıq Qarabağın statusuyla bağlı son vaxtlar qaldırılan məsələlərə ciddi reaksiya verməməsini, Zəngəzur məsələsini də vaxtından əvvəl gündəmə gətirməməsini istəyir. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətləri önəmli şəkildə müzakirə olunur. Məsələn, Kreml Bakı-Ankara hərbi əməkdaşlığının genişlənməsindən ciddi narahatlıq keçirir. Putin bu əməkdaşlığın müəyyən çərçivədə qalmasını tələb edir. Səhnə arxasında bu cür alver mümkündür. Ona görə real hər hansı nəticə görünmür”.

Ana səhifəSiyasətSiyasi şərhçi: Azərbaycan-Rusiya münasibətlərində əcaib bir situsiya yaranıb