Şimali Koreya Cənubi Koreya vətəndaşını öldürdüyünə görə peşmanlıq mesajı göndərib

Şimali Koreya hadisənin qonşular arasında etimadı artırılması üçün atılmış addımları zədələməyəcəyinə ümid etdiyini bildirib

Source:


Şimali Koreya hadisənin qonşular arasında etimadı artırılması üçün atılmış addımları zədələməyəcəyinə ümid etdiyini bildirib

Şimali Koreya cümə günü cənublu bir nəfəri koronavirusun yayılmasının qarşısını almaq üçün öldürdüyünə görə peşman olduğunu bildirib, – Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri deyib.

“Reuters” xəbər verir ki, üzrxahlıq sərhədlərarası əlaqələri idarə edən Şimali Koreyanın Birləşmiş Cəbhə Departamentindən gəlib və Cənubi Koreya Prezidenti Moon Jaenə ünvanlanıb.

Bir gün öncə Cənubi Koreyanın hərbi qüvvələri Şimalın Cənubi Koreyanın vətəndaşının cəsədini yandırıb yox etdiyini bildirmişdi.

Şimali Koreyanın göndərdiyi bu nadir mesaj cənubda baş qaldırmış ictimai narazılıqlardan sonra Moonun qarşılaşdığı siyasi gərginliklərlə eyni zamana təsadüf edir.

“Sədr Kim Jong Un prezident Moon Jaeni və Güneydəki həmvətənlərini məyus edən xoşagəlməz hadisəyə görə çox üzüldüyünü çatdırmağı xahiş edib”,- müşavir Suh Hoon jurnalistlərə bildirib.

Suh deyib ki, məktub hadisəylə bağlı tələb edilən izahata cavabdır və qeyd edib ki, eyni insidentin təkrarlanmaması üçün tədbirlər görüləcək.

Şimali Koreya hadisənin qonşular arasında etimadı artırılması üçün atılmış addımları zədələməyəcəyinə ümid etdiyini bildirib.

Liderlər 2018-ci ildən bəri üç zirvə görüşü keçirib və gərginliyi azaltmaq üçün qarşılıqlı müqavilələr imzalayıblar. Lakin münasibətlər Kimin və ABŞ Prezidenti Donald Tramp arasında Moonun vasitəçilik etdiyi ikinci nüvə sammitinin uğursuzluğa uğramasından sonra pisləşib.

Ana səhifəDünyaŞimali Koreya Cənubi Koreya vətəndaşını öldürdüyünə görə peşmanlıq mesajı göndərib