“Silk Way West Airlines” 5 təyyarəyə nə qədər pul ödəyəcək?

Dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC bu bazardan sıxışdırılaraq çıxarılıb.

Source: Specify Source


Qubad İbadoğlu: "“Boeing 777 F” yük təyyarələrinin birinin qiyməti 339.2 milyon dollardır"

“Silk Way West Airlines” “Boeing” şirkətindən 5 ən müasir “Boeing 777F” yük təyyarəsi alacaq.

Şirkətlər arasında aprelin 28-də alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə görə, təyyarələr Silk Way-ə 2023-2027-ci illərdə veriləcək.

Məlumatı “Boeing” şirkəti

yayıb

.

Bildirilir ki, razılaşma Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, “Silk Way Group” şirkətlər qrupunun prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı səfiri Örl D. Litzenberger və “Boeing” Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda imzalanıb.

Şirkət bildirir ki, bu, onların Xəzər dənizi və Mərkəzi Asiya regionundan aldıqları ilk yük təyyarəsi sifarişidir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu deyir ki, “Boeing 777 F” yük təyyarələrinin birinin qiyməti 339.2 milyon dollardır: "Bu o deməkdir ki, “Silk Way West Airlines” aviaşirkəti 5 təyyarəyə 1 milyard 696 milyon dollar ödəyəcək".

Prezident İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının inşa olunduğunu və bu baxımdan təyyarə parkınn genişlənəcəyini vurğulayıb.

Ölkə başçısı Zəngilana sonuncu səfəri zamanı işğaldan azad olmuş ərazilərdə ikinci hava limanının təməlini qoyub.

İqtisadçı deyir ki, növbəti hava limanının Laçında tikiləcəyi gözlənilir: "Bununla da Azərbaycanda aeroprtların sayı 16-ya çatacaq. Onlardan 11-i mülki, 4-cü hərbi, 1 isə həm mülki və həm də hərbi hava limanıdır".

Onun sözlərinə görə, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi” (OCCRP) “Silk Way Holding”in hakim ailəyə məxsus olduğunu yazıb.

“Silk Way” qrupuna 23 şirkətin, o cümlədən “Bank Silk Way” ASC-nin daxil olduğu bildirilir. Həmin banka isə prezident ailəsinin üzvlərinin nəzərət etdiyi deyilir.

16195975805565138175_1000x669.jpg
İlham Əliyev və Stenli Dil

Azərbaycanda karqo daşımaları ilə “Silk Way Holding” MMC-yə daxil olan iki şirkət – “Silk Way Airlines” və “Silk Way West” məşğul olur. Dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC isə bu bazardan sıxışdırılaraq çıxarılıb.

Daha öncə 2015-ci ildə “Silk Way West” şirkəti “Boeing” şirkətinə 3 ədəd “747-8 Freighter” modelli təyyarə sifariş vermişdi. Təyyarələrin ümumi məbləği 1.1 milyard dollar idi.

2017-ci ilin aprelində isə Azərbaycanın “Silk Way Airlines” şirkəti və “Boeing” korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri təxminən 1 milyard dollara bərabər olub.

“Boeing 777F” hazırda bazarda olan ən böyük ikimühərrikli yük təyyarəsidir. 9 200 km uçuş məsafəsi olan təyyarənin maksimal yükgötürmə qabiliyyəti 102 000 kq-dır.

2012-ci ildə yaradılmış “Silk Way West Airlines” şirkəti isə 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir.

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən hava yolu şirkəti dünyanın 40 istiqamətinə təxminən aylıq 350 təyyarə reysi həyata keçirir.

Ana səhifəİqtisadiyyat“Silk Way West Airlines” 5 təyyarəyə nə qədər pul ödəyəcək?