Sevinc Abbasova

Source: Foto: Meydan tv

Caption: Sevinc Abbasova

Sevinc Abbasova ilə mübarizə aparan müəllimə Mübariz Qurbanlının qohumu imiş

Article was updated on :  8 October 2019

Məhkəmə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın verdiyi müsbət xasiyyətnamə olub

13 yaşlı Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunmuş 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məktəbdən uzaqlaşdırdığı Məlahət Hüseynova barədə Meydan TV-yə yeni məlumat daxil olub. O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, 20 ilə yaxın deputat olmuş Mübariz Qurbanlının baldızıdır. Özü də məhkəmədə 162 saylı məktəbdə ilk partiya təşkilatının (YAP) katibi olmasını vurğulayıb.

M.Hüseynova məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olub və S.Abbasovanın 2016-cı ilin fevralında təyinatına qədər bir müddət direktor vəzifəsini icra edib. Sonradan onların arasında kəskin fikir ayrılıqları olub və nəticədə S.Abbasova direktor təyin olunandan 9 ay sonra müavinindən Bakı Şəhər Təhsil İdarəsinə şikayət edib. Ardınca da idarəyə müəllimlərin M.Hüseynovadan şikayətləri göndərilib. 2017-ci ilin sentyabrında o, işdən çıxarılıb. Oktyabrda M.Hüseynova işdən çıxarılmasıyla əlaqədar məhkəmədə iddia qaldırıb. Onun vəsatəti əsasında məhkəmədə dindirilən müəllimlər etiraf ediblər ki, S.Abbasova müdir müavininin işə gəlməməsi və s. nöqsanlar barədə saxta aktlar tərtib etdirib, təzyiq altında müəllimlər də həmin aktları, Bakı Təhsil İdarəsinə şikayətləri imzalamağa məcbur olub.

M.Hüseynova özü çıxışında YAP-çı olmasını bir neçə dəfə vurğulayıb.

Əmək fəaliyyətinə musiqi və nəğmə müəllimi kimi başlayan M.Hüseynova sonradan pedaqoji instituta daxil olub, fəaliyyətini riyaziyyat və nəğmə müəllimi kimi davam etdirib. 2001-2006-cı illərdə Binəqədi rayonu 298 saylı, 2006-2011-ci illərdə isə 30 saylı orta məktəblərin direktoru olub. 2011-2014-cü illərdə 190 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyib. 2014-cü ilin noyabrından 2016-cı ilin 1 fevralına qədər 162 saylı orta məktəbin təlim-tərbiyə məsələləri üzrə müdir müavini olmaqla, eyni zamanda, direktor vəzifəsini də icra edib.

O vurğulayır ki, YAP yeni yarandığı vaxtdan - 1993-cü ilin martından bu partiyanın üzvüdür. 162 saylı orta məktəbdə də ilk partiya təşkilatının katibidir: "Məktəbdə çalışan YAP üzvləri mənim ilk partiya təşkilatına rəhbərlik etməyimə bu gün də etimad göstərirlər".

Məhkəmə M.Hüseynovanın iddiasını qismən təmin edib, onun işə bərpası və buraxılmış müddətə görə əməkhaqqı ödənilməsinə qərar verərkən istinad etdiyi sübutlardan biri də YAP-ın Səbail rayon təşkilatının onun haqqında verdiyi müsbət xasiyyətnamə olub.

Bakı Təhsil İdarəsi M.Hüseynovanın xeyrinə çıxarılmış qərardan yuxarı instansiya məhkəmələrinə şikayət versə də, dəyişiklik olmayıb.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittihama isə xitam verilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı...”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  8 October 2019
Featured in:  
Shortlink:   http://mtv.re/ku2czv

Most Viewed