Source: Meydan TV

Şəmkiri qoruyan qala

Şəmkir rayonunun Qədimqala kəndində yerləşən qalanın antik dövrdə tikildiyi güman olunur. Böyük ipək yolu üzərində yerləşən bu abidə Şəmkir şəhərini kənar basqınlardan qorumaq üçün tikilib.

VI əsrdə böyük şəhərə çevrilən “Orta Əsr Qədim Şəmkir Qala Şəhəri” 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ərazidə apardığı arxeoloji qazıntılar zamanı tapılıb. XIII əsr ərəb səyyahı Yaqut əl Həməvi "Mücam əl buldan" əsərində Şəmkir qalasını təsvir edib. Qalanın xarabalıqlarında son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı burada Əhəmənilər dövləti dövrünə aid saray aşkarlanıb.

Bu qədər qədim qalanın tarixi önəmi və turistik əhəmiyyəti gözardı edilir. Yerli sakinlərin sözlərinə görə, qalaya gedən yol kəndin içindən keçir və yaxınlaşdıqca asvalt yol yoxa çıxır. Qədimqala kəndinin sakinləri Qalanın yağış suları ilə də yuyulduğunu və getdikcə aşındığını vurğulayırlar.

Şəmkir rayonunun Qədimqala kəndində yerləşən qaladan fotoreportaj

Source: Meydan.TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/yfuyql

Most Viewed