Source: Meydan TV

Səhmdarlar İsveçrə səfirliyinin qarşısında aksiyaya cəhd edib

Səhmdarlar İsveçrə səfirliyinin qarşısında aksiyaya cəhd edib

“Holcim Azərbaycan” ASC-nin bir qrup səhmdarı İsveçirə səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Polis buna icazə verməsə də, şikayətçilər qətnaməni səfirliyə təqdim edə biliblər.

Şikayətçilər bildirirlər ki, 300-dən çox narazı səhmdarın ümumilikdə 94 milyon 880 min borcu 6 ildir ödənilmir. Hazırda fiziki şəxslərin səhm payı 7,2 faiz təşkil edir. Səhmdarlar bildirirlər ki, şirkət işlədiyi 20 il müddətində onlara cəmi 4 dəfə divident verib.

2012-ci ilin aprelində “Qaradağ Sement” şirkəti re-brendinq olaraq Holcim (Azərbaycan) ASC adlandı. Şirkətin ən böyük səhmdarı 66 faiz səhmlə İsveçirə şirkəti olan Lafarge Holcimdir.

Səsləndirilən ittihamlarla bağlı “Holcim Azərbaycan” şirkətinə sorğu göndərsək də, onlar suallarımızı cavablandırmadılar.

Səhmdarlar tələbləri yerinə yetirilməyəcəyi halda məhkəməyə müraciət edəcəklərini bildirirlər.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/bhj8ib

Most Viewed