Səhiyyə Nazirliyi: 200 mindən artıq vətəndaş vaksinasiya edilib

Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası aparılır.

Source: Meydan TV


Nazirlik vaksinasiya ilə bağlı vətəndaşlara çağırış edib

Azərbaycanda bu günə kimi 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Strategiyaya əsasən, hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası aparılır.

“Fevralın 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”, – nazirliyin məlumatında bildirilir.

50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Bu günə qədər 200 mindən artıq vətəndaş COVID-19 infeksiyasına qarşı vaksinasiya edilib.

Ana səhifəSosialSəhiyyə Nazirliyi: 200 mindən artıq vətəndaş vaksinasiya edilib