Source: Meydan TV

Seçkidə döyülən Jalə: “Başımdakı ağrılardan yata bilmirdim”

Seçkidə döyülən Jalə: “Başımdakı ağrılardan yata bilmirdim”

Parlament seçkilərində məşvərətçi səslə komissiya üzvü olan Jalə Bayramova döyülüb. Hadisə 76 saylı Lənkəran-Astara seçki dairəsinin 16-cı məntəqəsində baş verib.  Azadə Kərimova Jaləyə yaxınlaşıb deyir ki, onu çəkməsin və izahı gözləmədən onun saçından tutub yerə yıxır. Jalə Bayramova deyir ki, döyülmədən sonra başında şişlər, üzündə cızıqlar qalıb. O xəsarətləri ilə bağlı tibbi arayış ala bilmir.

Jalə Bayramova Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun qızıdır. Atası deyir ki, qızını bilərəkdən onun fəaliyyətinə görə  döyüblər.

DİN bildirir ki, hadisə ilə bağlı araşdırma davam etdirilir. Yekunda məsələyə hüquqi qiymət veriləcək.

Jalə Bayramova deyir, hadisə ilə bağlı ədalətli qərar verilməsə, işi Avropa Məhkəməsinə daşıyacaq.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/h9ti6m

Most Viewed