Şair Murad Köhnəqala həbs olunub

M.Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürkün bildirdiyinə görə, 12 min manat aliment borcu yığıldığı iddia olunur:

Source: google.az


Yazar aliment verməməkdə günahlandırılır

Şair-publisist Murad Köhnəqala həbs olunub. İyunun 12-də Tovuz Rayon Məhkəməsi bu barədə qərar çıxarıb. O, məhkəmə qərarını icra etməməkdə günahlandırılaraq, 15 sutka inzibati həbs cəzası alıb.

İcra olunmayan məhkəmə qərarı isə aliment ödənişi ilə bağlıdır.

M.Köhnəqalanın həyat yoldaşı Şəlalə Göytürkün bildirdiyinə görə, 12 min manat aliment borcu yığıldığı iddia olunur: "İşsiz, gücsüz, himayəsində körpə uşağı olan bir adamdan 12 min manat aliment tələb edirlər. Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan adamların – Muradın keçmiş həyat yoldaşı və qızının tələbilə məhkəmə bu cür ədalətsiz qərar verdi. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Murad özünün ağır vəziyyətinə baxmayaraq, daim onlara əl tutub, yardım edib. Rəsmi və qeyri-rəsmi formada…"

Ana səhifəXəbərlərŞair Murad Köhnəqala həbs olunub