Şahzadə Harri və həyat yoldaşı Meqan

Source: Foto: arxiv

Caption: Şahzadə Harri və həyat yoldaşı Meqan

Şahzadə Harri kral ailəsinə aid imtiyazlardan imtina edir

“Qərar ağılın deyil, ürəyin səsi ilə verilib”

Şahzadə Harri və onun həyat yoldaşı Meqan kral ailəsinə aid imtiyazlardan imtina etmək istədiklərini bəyan ediblər.

Sasseks hersoqu və hersoginiyası olan Harri və Meqan bildiriblər ki, maliyyə müstəqilliyinə nail olmaq istəyirlər.

“BBC”-nin məlumatına görə, bu barədə cütlük “İnstagram”-da yazıb.

Onlar bundan sonra Britaniyadan başqa Şimali Amerikada da yaşamaq istədiklərini deyiblər.

Məlumatda bildirilir ki, cütlük monarxiya daxilində yeni, proqressiv rol oynamaq niyyətindədir. Onların sözlərinə görə, qərar bir neçə ay çəkən müzakirələrdən sonra verilib.

“Hər iki qitədə yaşamaq həm kral ailəsinə hörmət şəraitində oğlumuzu tərbiyə etməyə, həm də şəxsi azadlığımızı genişləndirməyə imkan verər. Biz həyatımızın yeni mərhələsini yaşamaq istəyirik. Bu mərhələyə xeyriyyəçilik fondunun yaradılması da daxildir”, - Harri və Meqanın bəyanatında deyilir.

Bukengem sarayı bəyan edib ki, şahzadə Harri və Meqanla danışıqlar ilkin mərhələdədir.

“Biz onları öz yolları ilə getmək istəyinə görə anlayırıq. Amma bu həlli elə də asan olmayan və zaman tələb edən məsələdir”, - sarayın bəyanatında deyilir.

Bukengem sarayının keçmiş mətbuat katibi Diki Arbiter deyib ki, şahzadə Harri qərarı ağlının deyil, ürəyinin səsi ilə verib. Onun fikrincə, qərarın səbəblərindən biri cütlüyün oğlu Arçinin anadan olmasından sonra KİV-lərin onların ailəsinə həddən artıq diqqət yetirməsindədir.

Müasir dövrdə yalnız bir dəfə kral ailəsinin üzvü imtiyazlardan imtina edib. 1936-cı ildə VIII Edvard taxt-tacından aktrisa Uollis Simpson ilə evlənmək üçün imtina edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jz6pdm

Most Viewed