Saakaşvili xəstəxanaya yerləşdirilə bilər

Onun xəstəxanaya yerləşdirilməsi üçün həm də Gürcüstanın ədliyyə və səhiyyə nazirləri, eləcə də parlament qərar qəbul etməlidir.

Source: Specify Source


Sabiq prezident 3 həftədir aclıq aksiyası keçirir

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini müayinə edən həkimlər onun xəstəxanaya yerləşdirilməsini tövsiyə ediblər.

Sabiq prezident üç həftəyə yaxındır ki, həbsxanada aclıq aksiyası keçirir.

6 nəfərdən ibarət həkim qrupu oktyabrın 19-da 53 yaşlı Saakaşvilini müayinə edib.

Xəbəri BBC

yayıb

.

Sabiq prezidenti müayinə edən həkimlərdən biri Zurab Paqava "İnterfax" agentliyinə deyib ki, onun səhhəti hər an pisləşə bilər: "Saakaşvilinin sağlamlıq vəziyyəti hər an pisləşə bilər. Ona görə də ağırlaşmalarının qarşısını almaq üçün xəstəxanaya yerləşdirmə barədə tövsiyə verdik".

Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə deyib ki, Saakaşvilinin bu həftəsonu xəstəxanaya yerləşdirilməsi baş tuta bilər: "Ancaq bunun üçün onun özünün razılığı lazımdır".

Onun xəstəxanaya yerləşdirilməsi üçün həm də Gürcüstanın ədliyyə və səhiyyə nazirləri, eləcə də parlament qərar qəbul etməlidir.

Mixail Saakaşvili sentyabrın 29-da Gürcüstana gedib. O, iki gün sonra Tbilisidə saxlanılıb. Sabiq prezident dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Saakaşvili isə Gürcüstana bələdiyyə seçkilərinə dəstək vermək üçün qatıldığını bəyan etmişdi.

Oktyabrın 3-də Gürcüstanda bələdiyyə seçkiləri keçirilib.

Seçkiyə 48 partiya qatılıb. Saakaşvilinin də təmsil olunduğu əsas müxalifət partiyası olan “Birləşmiş Milli Hərəkat” (BMH) isə 30.7 faiz səs yığaraq 2-ci yeri

qazanıb

.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın Prezidenti olub.

O, uzun illər idi ki, Ukraynada yaşayırdı.

Ana səhifəDünyaSaakaşvili xəstəxanaya yerləşdirilə bilər