Xurşidbanu Natəvanın məzarı

Source: Rza Diqqəti

Caption: Xurşidbanu Natəvanın məzarı

Rza Diqqəti: Ağdamdan Xurşidbanu Natəvanın sümüklərini də aparıblar

“Çox güman ki, Xurşidbanu Natəvanın çəkdirdiyi su kəmərindən su içənlərdir”

Ağdam şəhərindəki Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleksi İmarət Qərvənd qəbristanlığı tamamilə dağıdılıb.

Fransada yaşayan Rza Diqqəti İkinci Qarabağ Müharibəsindən sonra əraziyə səfər edən zaman məzarlığa baş çəkərək, “İnstagram” bloqunda fotolar və video paylaşıb.

Fotoqraf klassik Azərbaycan şairi Xurşidbanu Natəvanın uçurdulmuş məzar məqbərəsinin görüntülərini yayımlayıb. O, bildirib ki, bu kompleksdə ilk dəfə Birinci Qarabağ Müharibəsindən öncə olub:

Xurşidbanu Natəvanın məzarı

Xurşidbanu Natəvanın məzarı

Source: Rza Diqqəti

“1992-ci ildə şəhər işğal olunmamışdan əvvəl bu mədəniyyət mərkəzini ziyarət etdim. Natəvanın məzar daşındakı memarlığa, heykəlin gözəlliyinə heyran qaldım. Ağdam azad edildikdən sonra noyabrın 20-də yenə bura gəldim və gördüyüm mənzərə dəhşətli idi. Öyrəndim ki, onun məzarını məqsədli olaraq dağıdıb, qarət ediblər. Hətta sümüklərini də aparıblar. Bunu edənlər, çox güman ki, Xurşidbanu Natəvanın çəkdirdiyi su kəmərindən su içənlərdir”.

XVIII - XIX əsr Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleksində Pənahəli xan (1763), İbrahimxəlil xan (1806), Mehdiqulu xan Cavanşir (1845), Cəfərqulu xan Nəva (1867), Gövhər ağa (1888), Xurşidbanu Natəvan (1897), Xanbikə xanım (1921) dəfn olunub.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, qurum bununla bağlı lazımi addımları atacaq:

“Hələ ki, rəhbərlik səviyyəsində danışıqlar aparılır. Yaxın vaxtlarda verilən qərarla bağlı mətbuatda açıqlama yayımlanacaq”.

Xurşidbanu Natəvanın

Xurşidbanu Natəvanın

Source: Rza Diqqəti

məzar

məzar

Source: Rza Diqqəti

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f42nvu

Most Viewed