rüşvətə görə həbs

Source: Foto: arxiv

Caption: rüşvətə görə həbs

Rüşvət alan vergi işçiləri həbs edilib

Səbəb vətəndaşa məxsus çörək sexindən 6000 manat istəmələri olub

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirov həbs edilib. Səbəb vətəndaşa məxsus çörək sexindən 6000 manat istəmələri olub. Qarşılığında sexdə il ərzində vergi yoxlaması keçirməyəcəklərini vəd ediblər.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, onlara özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə məlumat daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə apardığı araşdırmalar nəticəsində bu işi görənlərin Azər Allahverdiyev və Cahid Tahirov olduqları məlum olub. Onlar həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

“Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar”.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/vczakq

Most Viewed