Olimpiada qalibləri Danis Spitsov və Aleksandr Bolşunov

Source: https://www.currenttime.tv/

Caption: Olimpiada qalibləri Danis Spitsov və Aleksandr Bolşunov

Rusiya 4 il olimpiada və böyük yarışlardan kənarlaşdırılıb

Article was updated on :  9 December 2019

Dopinq qalmaqalı yeni vüsət alıb

Ümumdünya antidopinq agentliyinin (WADA) İcraiyyə Komitəsi dekabrın 9-da Rusiyanın dörd il müddətinə bütün olimpiada və böyük idman yarışlarından kənarlaşdırılmasını tövsiyə edib.

Məlumatı “Nastoyaşeye vremya” nəşri paylaşıb.

WADA mətbuat xidmətinin məlumatına görə, yarışlar siyahısına dünya çempionatları, o cümlədən futbol və hokkey çempionatları daxildir.

Bununla yanaşı Rusiya dörd il ərzində beynəlxalq yarışların təşkili üçün müraciət edə bilməz.

Məlumatda bildirilir ki, qərar yekdilliklə qəbul edilib.

Qərara əsasən, Rusiyadan olan idmançılar ardıcıl olaraq iki Olimpiada zamanı (qış və yay) neytral geyimdə çıxış etməlidirlər. Hər hansı bir yarış növündə qalib gəldikdə isə, medal təqdim olunan zaman ölkənin bayrağı qaldırılmayacaq, himni səsləndirilməyəcək. Bundan başqa yarışlara Rusiyanın rəsmi şəxsləri buraxılmayacaqlar.

“Nastoyaşeye vremya” nəşri təxmin edir ki, bununla belə, Beynəlxalq Olimpiya Komitəsi WADA-nın tövsiyəsini nəzərə almaya və Rusiyanı Olimpiadaya buraxa bilər.

Eyni qərarı FİFA və UEFA da verə bilər.

WADA-nın qərarına səbəb 2014-cü ildə Soçi Qış Olimpiadası zamanı Rusiya idmançılarının dopinq qalmaqalıdır. Belə ki, təşkilat Rusiya hakimiyyətini kütləvi olaraq antidopinq qanunlarının pozulmasında ittiham edib.

WADA 2016-cı ildə bununla bağlı hesabat hazırlayıb. Hesabatda Rusiyadan olan idmançıların kütləvi şəkildə dopinq qəbul etmələri və Rusiyadan olan yüksək çinli məmurların isə bunu ört-basdır etmələri göstərilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  9 December 2019
Featured in:  
Shortlink:   http://mtv.re/ji6c1p

Most Viewed