Kreml

Source: arxiv

Caption: Kreml

Rusiya Moldovaya xəbərdarlıq etdi: "Status-kvo dəyişərsə..."

Yaponiya ətrafına "S-300V4" və "Tor M2" sistemləri yerləşdirilib

Rusiya ordusu Yaponiyanın iddia etdiyi Kuril adalarına müasir raketdən müdafiə sistemləri yerləşdirildiyini açıqlayıb.

S-300V4 sistemləri Kuril adalarında döyüş növbəsinə daxil olub, onlardan öncə isə yaxınmənzilli "Tor M2" sistemləri yerləşdirilib.

Məlumatı "Azadlıq Radiosu" Rusiyanın Şərq Hərbi Dairəsinə istinadən yayıb.

Rusiya mübahisəli adalarda qüvvələrini artırır, müasir qırıcı təyyarələr, gəmi əleyhinə raketlər yerləşdirib.

Sovet İttifaqı 2-ci Dünya Müharibəsinin son günlərində Kuril adalarını zəbt edib.

Yaponiya isə adaları özünün Şimal Ərazisi sayır. Bu mübahisə ucbatından Rusiya və Yaponiya müharibənin rəsmən bitməsinə dair sülh sazişi imzalamayıblar.

Onillər boyunca davam edən diplomatik cəhdlər nəticə verməyib.

Tokio isə strateji vacib saydığı adalar zəncirində Moskvanın hərbi addımlarına yüksək həssaslıqla yanaşır.

“Status-kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”

Moskva sülhməramlılarla bağlı Moldovaya da xəbərdarlıq edib.

Bu barədə Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgədə “çox vacib rol” oynayır və orada “status-kvoda dəyişiklik sabitsizliyi ciddi şəkildə pozar”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moldovanın separatçı Dnestryanı bölgəsindəki silah anbarlarının Rusiya hərbçiləri tərəfindən mühafizəsinin dayandırılması ciddi insidentlərə səbəb ola bilər.

.

S.Lavrov

S.Lavrov

Source: Meydan TV

"RIA Novosti" agentliyinin yaydığı xəbərə görə Lavrov bildirib ki, Rusiya sülhməramlıları da, Moldova və Ukrayna sülhməramlıları kimi münaqişə bölgəsində ATƏT tərəfindən də bəyənilmiş 5+2 qrupunun qərarları əsasında xidmət edirlər: "Onlar orada ilk növbədə regionun stabilliyini qoruyurlar. Bunun prinsipial əhəmiyyəti ondadır ki, orada hər hansı yeni qanlı münaqişənin alovlanması baş verməsin”.

Lavrov Rusiya hərbçilərinin Moldovadakı ikinci qrupunun məsələsinə də toxunub.

Bu qoşun birləşməsi orada Sovet vaxtından qalma silah anbarlarını mühafizə edir: "Bu anbarlar elə bir vəziyyətdədir ki, onların üzərində nəzarətin dayandırılması çox ciddi insidentlərə yol aça bilər”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/gng3ky

Most Viewed