Təsdiqini taparsa, Grandstaffa qarşı ittihamlar onun Rusiyada 10 ildən 20 ilə qədər həbs cəzası ilə üzləşməsinə gətirib çıxara bilər

Source: Foto: arxiv

Caption: Təsdiqini taparsa, Grandstaffa qarşı ittihamlar onun Rusiyada 10 ildən 20 ilə qədər həbs cəzası ilə üzləşməsinə gətirib çıxara bilər

Rusiya məhkəməsi amerikalı rəssamın azad edilməsi qərarını dəstəkləyib

Baş Prokurorluq ona qarşı narkotik qaçaqmalçılığı ilə bağlı iddialarını dəqiqləşdirməlidir

Moskva şəhər məhkəməsi ABŞ vətəndaşı Gaylen Grandstaffın həbsdən azad edilməsinə dair aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

RFE/RL xəbər verir ki, bu müddət ərzində Baş Prokurorluq ona qarşı narkotik qaçaqmalçılığı ilə bağlı iddialarını dəqiqləşdirməlidir.

“Solntsevo Rayon Məhkəməsinin martın 18-də verdiyi qərarı dəyişməz olaraq qalır”, - TASS Apelyasiya Məhkəməsi hakiminin dekabrın 9-da verdiyi açıqlamaya istinadən bildirib.

2017-ci ilin iyulunda Rusiya gömrük agentləri Grandstaffın Moskvada rus arvadı ilə yaşadığı mənzilinə basqın ediblər. Bundan sonra o 600 gündən çox həbsxanada qalıb.

Hücum “Crohn” xəstəliyi nəticəsində yaranmış bağırsaq iltihabını azaltmaq üçün Grandstaffın onlayn olaraq sifariş verdiyi 10 dollarlıq metal təmizləyici və peptidləri alarkən baş vermişdi.

Bundan sonra o, külli miqdarda psixotrop maddə qaçaqmalçılığında ittiham edilib.

Rus səlahiyyətliləri metal təmizləyicinin tərkibində atletik performans gücləndiricisi kimi də istifadə edilə bilən qamma-butirolaktonun (GBL) olduğunu müəyyən edib.

Təsdiqini taparsa, Grandstaffa qarşı ittihamlar onun Rusiyada 10 ildən 20 ilə qədər həbs cəzası ilə üzləşməsinə gətirib çıxara bilər.

Grandstaff mühakimə olunmasını “Ayı” adlı bir cizgi filmi qəhrəmanı ətrafında səhnələşdirərək, bu rəsimləri yoldaşına göndərib və bu, beynəlxalq medianın diqqətini çəkib. İki il ərzində həyat yoldaşına göndərdiyi bir sıra cizgilərdə “Ayı” onun məhkəmədəki vəziyyətini təsvir edərək Grandstaffın gözətçilərdən aldığı qısnamalarını, məhkumlar tərəfindən döyülmələri və həbsxanadakı digər kobud rəftarları özündə əks etdirib.

Grandstaff səhhətindəki pisləşmələrə və müdafiə işindəki uyğunsuzluğa görə bu il, martın 18-də Solntsevo Rayon Məhkəməsinin sürpriz qərarından sonra həbsdən azad edilib.

O, Moskvadakı evinə qayıda bilsə də, vaxtı keçmiş vizasını dəyişdirmək üçün müraciət edə bilməyib və bu səbədən o, Rusiyada işini davam etdirə bilməyib. Məhkəmə işi bitənədək Grandstaffın ölkəni tərk etməsi qadağandır.

Grandstaff 2011-ci ildə ABŞ-dan Rusiyaya köçüb və ingilis dili müəllimi olaraq çalışıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/9sbktp

Most Viewed