Rusiya Ermənistana kömək etməsə, Qarabağda Azərbaycan üstün olar

Paşinyan öz millətçi fikirlərinin girovu oldu

Source: Meydan Tv


Paşinyan öz millətçi fikirlərinin girovu oldu

Ermənistanın Baş naziri Nikol Paşinyanın millətçi ritorika səsləndirərək danışıqlardan imtina etməsi Qarabağda münaqişəni yenidən alovlandırıb, ancaq Putin hələ ki onun köməyinə gəlmir.

Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Azərbaycan torpaqlarında münaqişənin yenidən başlayacağını öncədən demək mümkün idi. İyulun ortalarında Azərbaycanın şimal-qərbində – Dağlıq Qarabağdan 60 mil məsafədə dörd günlük qarşıdurma yarandı, lakin bu, bugünkü müharibənin əsas səbəbi deyil.

Qarşıdurma 1980-ci illərin sonlarında başlayıb, yəni Dağlıq Qarabağ Muxtar Vilayətindəki (DQMV) ermənilərin ərazini Azərbaycandan almaq istəməsindən sonra.

1988-ci ilin fevralında DQMV Regional Şurası Ermənistan Sovet Sosialist Respublikası ilə birləşmək üçün səs verdikdə mərkəzi Sovet hakimiyyəti yerli idarəetməni ləğv etdi və birbaşa Moskvadan rəhbərlik etdi.

1992-ci ildə – hər iki ölkə müstəqil olduqdan bir il sonra erməni silahlı qüvvələri Dağlıq Qarabağı Ermənistanla birləşdirən və o vaxtdan bəri erməni diasporunun vəsaiti hesabına saxlanılan dağ yolu olan "Laçın dəhlizi"ndə də nəzarəti ələ alıblar.

Bundan sonra şimala irəliləyərək Azərbaycanın Kəlbəcər də daxil olmaqla, keçmiş DQMV-ə daxil olmayan yeddi Azərbaycan rayonunu ələ keçiriblər və Ermənistanla ortaq sərhəddə uzun bir blokada yaradıblar.

Dörd əsr ərzində Azərbaycan ümumi əhalisinin 10 faizini təşkil edən çox sayda qaçqın və məcburi köçkünə dəstək vermək məcburiyyətində qaldı.

Müharibə 1994-cü ildə bitəndə vəziyyət belə idi. 2016-cı ildə ən pis halda olan dövrü münaqişələrə baxmayaraq, status-kvo keçən aya qədər qaldı. İşğal olunan ərazi Azərbaycanın beynəlxalq arenada tanınan ərazilərinin 20 faizini təşkil edir.

1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının ən az dörd qətnaməsində (822, 853, 874 və 884) erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etmələri tələb olunub.

Bu bölgələrdən təxminən 800.000 azərbaycanlı etnik təmizləmənin qurbanı oldu. 200.000 insan Ermənistandan qovuldu və qaçqın olaraq Azərbaycana sığındı. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), münaqişənin həlli ilə bağlı danışıqları təşviq etmək üçün Amerika Birləşmiş Ştatları, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupunu qurdu. Əsrin dörddə biri müddətində Azərbaycan ümumi əhalisinin 10 faizini təşkil edən çox sayda qaçqına və məcburi köçkünə dəstək verməli idi.

Minsk Qrupunun on ildən çoxdur ki, təklif etdiyi həll yolu kimi Madrid prinsiplərini qəbul edilib: Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması; Dağlıq Qarabağa "təhlükəsizlik və özünüidarəetmə zəmanətləri" verəcək müvəqqəti status verilməsi; dəhlizlə Ermənistana birləşdirmək; onun sonuncu qanuni statusunun təyin edilməsi; bütün qaçqınların və köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması və s.

Bu danışıqlar ləngidi. Azərbaycan illərdir barışıq prosesi sona çatacağı təqdirdə güc tətbiq etməyin son çarə olacağını bildirirdi. Bu zor tətbiqi nəhayət, Ermənistanın Madrid prinsiplərini açıq və birtərəfli qaydada rədd etməsindən sonra gəldi.

Müzakirələr üçün razılaşdırılmış əsasın rədd edilməsi danışıqları çıxılmaz vəziyyətə gətirib. Baxmayaraq ki, rəsmi Bakı hələ də ləğv edilmiş sülh danışıqlarını bərpa etməyə çalışırdı. Bunu etməklə, yəqin ki, Yerevana yalnış mesaj göndərdi. Belə ki, Ermənistan Madrid prinsiplərini tamamilə rədd etdi.

Düzdür, ölkənin hazırkı Baş naziri, 2018-ci ilin mayında "rəngli inqilab"la hakimiyyətə gələn Nikol Paşinyan əvvəlcə Azərbaycana qarşı barışıq elan etdi, hətta əvvəllər mürəkkəb məsələləri müzakirə etməyə açıq bir həmsöhbət olduğu təəssüratını yaratdı. Amma bu, uzun çəkmədi.

Təəssüf ki, o, erməni xalqına verdiyi bir çox vədləri də yerinə yetirə bilmədi, Ermənistanın təcrid olan sosial-iqtisadi vəziyyətini Rusiyadan tam asılı hala düşdü. Beləliklə, ilkin seçki vədlərini yerinə yetirə bilməyən Paşinyan Ermənistanın daxili siyasətində hakim olan millətçiliyin qurbanına çevrildi.

O, tələyə düşdü, daha sonra yerli erməni populizmi və militarizmini gücləndirən öz millətçi fikirlərinin girovu oldu.

Bu millətçilik təkcə Paşinyanın sələfləri kimi siyasi manipulyasiya etdiyi Dağlıq Qarabağ məsələsində deyil, Azərbaycandan kənar digər qonşularına yayıldı.

Xüsusilə Türkiyəyə qarşı ərazi iddiaları səsləndirən Paşinyan bunu 1920-ci ildə qüvvəyə minməyən və 1923-cü il Lozanna müqaviləsi ilə əvəzlənən Sevr müqaviləsi üzərində bir mübahisəyə vəsilə oldu.

Sevr müqaviləsi müttəfiqlərin Birinci Dünya Müharibəsindən sonra Osmanlı imperiyasını və ərazilərini dağıtmaq cəhdi idi. Bu bölgüyə görə, bugünkü müasir Türkiyənin şimal-şərq bölgəsinin bir hissəsi Ermənistana çatacaqdı.

2020-ci ilin avqustunda (Sevr müqaviləsinin yüzilliyini qeyd edərkən) Paşinyan heç vaxt təsdiq olunmayan müqaviləni "tarixi bir həqiqət" kimi xarakterizə etdi və tarixi ədalətin bərpasına çağırdı. Bu, onun Ermənistan hökumətinin başçısı olaraq, Türkiyəyə məxsus torpaqlardan ərazi istəməsi idi.

2019-cu ilin martında Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu-Yorkdakı erməni icması qarşısındakı çıxışında bəyan etdi: “Müdafiə naziri olaraq bu sülh müqabilində torpağın köhnə format olduğunu bəyan edirəm, təkrar edirəm, biz bunun əksini edirik – yeni ərazilər üçün yeni bir müharibə". Bu təhdid şüarı işğal altında olan daha çox bölgəyə, Azərbaycanın xarici bölgəsinə və ya digər bölgələrə aid edilə bilər. Bu o deməkdir ki, Azərbaycan ərazisi Naxçıvan, hətta yeni bölgələr yaratmaq istəyən Ermənistandan hərbi təxribatlar gözləməlidir. Bu da ölkənin şimal-qərbində, 26 ildən çoxdur sülh içində olan Dağlıq Qarabağdan 160 kilometr aralıda Tovuz bölgəsində iyul-avqust ayında qarşıdurmalar ilə başladı.

Keçmiş prezident Robert Köçəryan və keçmiş Baş nazir Serj Sarkisyan "Ermənistanın konstitusiya quruluşunu pozduğuna" və "mənimsəməyə görə" mühakimə olunduqda Paşinyan üzərindəki daxili siyasi təzyiq artmışdı. Çünki həm Sarkisyan, həm də Köçəryan Qarabağdan və 1990-cı illərin ortalarından bir neçə il əvvələ qədər erməni siyasətinə hakim olan eyni siyasi klanın üzvləri idi.

Paşinyan şifahi şəkildə Qarabağın Ermənistanın bir hissəsi olduğunu bəyan etdi.

Tonoyanın Nyu-Yorkdakı bəyanatından beş ay sonra, Paşinyan 2019-cu ilin avqust ayında, işğal olunmuş ərazilərdəki ermənilərin “Dağlıq Qarabağ Respublikası” adını verdikləri və beynəlxalq səviyyədə tanınmayan ərazinin öz özünüidarə etdiyi barədə mifi alt-üst etdi. Xüsusilə, Paşinyan 5 avqustda Xankəndində (Stepanakert kimi də bilinir) təşkil edilən ümum Ermənistan oyunlarında mübahisəli bir çıxışında "Dağlıq Qarabağ Ermənistandır, hər şey budur",- dedi. Şifahi sözlərlə bölgələri Ermənistanın özünün bir hissəsi olduğunu elan etdi.

1990-cı illərin əvvəllərindəki müharibədən bəri heç bir erməni siyasətçi bunu deməmişdi, çünki bu ərazilər beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Hətta Avropa İnsan Haqları Məhkəməsinin 2015-ci ildə "Çıraqov işi" ilə bağlı çıxardığı qərarda Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarətin yerli hökumətdə deyil, Ermənistanda olduğunu açıqladı.

Paşinyanın açıqlaması isə danışıqlar prosesini və ATƏT-in Madrid prinsiplərinin kəskin şəkildə rədd etdi, halbuki Madrid prinsiplərinə görə ən azından ilk şifahi vədlər verən Ermənistan hökuməti idi.

Madrid prinsipləri Dağlıq Qarabağdakı həm erməni, həm də (etnik baxımdan təmizlənmiş) Azərbaycan xalqının bu danışıqlarda son iştirakını tələb edirdi. Paşinyan isə bunu qəbul etmirdi.

İyul ayında bir neçə ay davam edən mübahisəli ritorikadan sonra Azərbaycanla danışıqlar üçün yeddi yeni şərt irəli sürərək, Madrid prinsiplərini açıq və aşkar şəkildə rədd etdiyini təsdiqlədi. Madrid prinsipləri Dağlıq Qarabağdakı həm erməni, həm də (etnik baxımdan təmizlənmiş) Azərbaycan xalqının bu danışıqlarda son iştirakını tələb edirdi. Paşinyan indi bölgədəki erməni təmsilçilərinin Ermənistan və Azərbaycan ilə bərabər şəkildə və qovulmuş etnik azərbaycanlı həmkarları olmadan iştirak etmələrini tələb etdi.

Münaqişə böyüdü və Paşinyan indi Vladimir Putin probleminə sahibdir; Ermənistanın qoruyucusu və müttəfiqi rolunu oynaya biləcək adam bunu etmir. Köçəryan və Sarkisyan Rusiya prezidenti ilə yaxşı şəxsi münasibətlərdə idi. Ancaq siyasi müxalifətdə olarkən Paşinyan Ermənistanın Rusiyadan asılılığını və Rusiyanın Ermənistanın zəifliyindən və təcrid edilməsindən aldığı üstünlüyü tənqid etdi. Nəticədə, Putin Paşinyana çox rəğbət bəsləmir. Rusiya mediası həmişə ona qarşı mehriban olmayıb.

Ermənistanın Gümrü ərazisində bir hərbi bazaya və yaxınlıqdakı bir hava bazasına sahib olmasına baxmayaraq, Rusiya Minsk Qrupunun həmsədri olaraq hələ də Ermənistana siyasi və hərbi dəstək verməkdən çəkinərək az-çox siyasi tarazlıq nümayiş etdirir.

Rusiya son on iki ildə Bakı ilə getdikcə dostluq münasibətlərini inkişaf etdirsə də, Ermənistanı Azərbaycanla münaqişəsində ümumiyyətlə dəstəkləyib.

Bu gün Rusiya ordusu Ermənistanı hərbi təchizatla təmin etməyə davam edir. İyul münaqişələri dövründə də Ermənistana səxavətli şəkildə tədarük gördü. Gürcüstan imtina etdiyi üçün təyyarələr Rusiya-Qazaxıstan-Türkmənistan-İran-Ermənistan uçuş marşrutunu seçib.

Azərbaycan münaqişənin ortasında Ermənistana hərbi yardım göstərildiyini isə anlamadı, çünki ABŞ on il əvvəl bölgəyə marağını itirdikdən sonra Bakı Rusiya ilə münasibətlərini xeyli yaxşılaşdırdı.

Azərbaycan sentyabrın sonunda Ermənistanı Dağlıq Qarabağa bağlayan iki magistral yolu olan strateji yüksəkliklərin nəzarətini ələ keçirməyi bacardı (Həqiqətən də, güman ki, iyul ayının sonunda Ermənistan hökumətinin üçüncü yolun bu il inşa ediləcəyi ilə bağlı rəsmi bəyanatı Azərbaycana qarşı başqa bir təhrik oldu).

Ermənistan ordusu, ehtimal ki, burada uzunmüddətli mühasirədə qalacağını bilir. Ona görə də Azərbaycanın münaqişə zonasından kənardakı mülki qəsəbələrinə və şəhərlərinə artilleriya hücumları ilə rəsmi Bakını müharibədən çəkindirməyə çalışır.

Rusiya isə 70 il Sovet İttifaqının tərkibində qalan və "yaxın xaric" adlandırdığı, hətta tarixi Çarlıq İmperiyasına uzanan ölkələrdə təsirini qorumaq istəyir. O, hər iki tərəfə də silah satır. Qərb embarqoları sayəsində Rusiya hazırda Azərbaycanın ən böyük silah tədarükçüsüdür, lakin Bakı Moskvaya bütün qiymətləri xarici valyuta ilə ödəyir, Yerevan isə yerli rus qiymətlərini Moskvadan rubllarla aldığı borclarla ödəyir.

Türkiyə Azərbaycana hər zaman hərbi dəstək göstərmək üçün mübarizə aparıb. Bu dəfə də fərqli davranmadı. Əslində Azərbaycanın satın aldığı türk pilotsuz təyyarələri hadisələri Azərbaycanın xeyrinə çevirən vacib bir amildir. Artıq Azərbaycanda əvvəllər olmayan raket komleksləri və xüsusən də Rusiyadan gətirilən uzaq mənzilli silahlar var.

Türkiyədən gətirilən bu yeni insansız hava vasitələri bəzi itkilərə baxmayaraq, müntəzəm və nisbi bir şəkildə tankların, ermənilərə aid digər zirehlərinin toplanmasına kifayət qədər imkan verdi.

Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələr nəzərə alındıqda Paşinyanın özü Türkofobiya kartı ilə və hətta dini kartla oynadı və hətta irəli gedərək Müsəlman Azərbaycan ilə xristian Ermənistan arasındakı qarşıdurmanın mədəniyyətlərin qarşıdurması olduğunu iddia etdi. Bütün bunlar müəyyən bir çarəsizlik kimi görünür. Rusiya özü onu arzulasa da, dəstəkləməkdən imtina etdi və təzyiq göstərəndə dünyadakı erməni diasporası Paşinyana kömək edə bilmədi.

Azərbaycanın döyüşdəki zəfərləri getdikcə artır. Yerevanın əsaslı danışıqlardan və Azərbaycan ərazilərindən çəkilməkdən imtina etməsi Bakının gələcək irəliləyiş əzmini gücləndirir.

İyirmi altı illik danışıqları gözləmək getdikcə pis vəziyyətə gətirib çıxarıb. Hazırda Azərbaycan hazırda 1 milyon qaçqın və məcburi köçkünə ev sahibliyi edir. Buna qədər isə Ermənistan işğal olunmuş ərazilərdəki istehsal olunan məhsulları "Made in Armenia" kimi etiketləyərək heç bir problem olmadan Avropa bazarına çıxırdı.

İndi isə vəziyyət bir qədər fərqlidir. Münaqişə göstərdi ki, Kreml Cənubi Qafqazda mərkəzləşib. Amma Moskva bu şəraitdə Paşinyanı Ermənistanda zəiflətmək üçün Azərbaycanın müəyyən ərazi əldə etməsini gözləməlidir. Yalnız bundan sonra İrəvandakı nüfuzundan istifadə edərək onu devirmək və Rusiyanın istəklərinə daha həssas başqa bir erməni liderini hakimiyyətə gətirmək mümkün olacaq. Bununla Rusiya bir neçə hədəfə çatacaq: daimi bir münaqişə davam etdirməklə münaqişə tərəflərini qısa müddətə saxlayacaq; Kremlin bölgədəki təsirini qoruyacaq; Azərbaycanla münasibətlərini daha da yaxşılaşdıracaq…

Üstəlik, inqilabçı və gözlənilmədən gələn Paşinyanı Ermənistanın rusiyapərəst mövqeyinə və tarixi roluna qarşı çıxdığı üçün cəzalandıracaq…

Ana səhifəXəbərlərRusiya Ermənistana kömək etməsə, Qarabağda Azərbaycan üstün olar