Source: Meydan Tv

Rəsmi: 200 məhkum azadlığa buraxılıb

Article was updated on :  26 March 2020

Cəza müddətinin bitməsinə az qalmış məhkumlarla bağlı qərar verilib

Azərbaycanda 200 məhkumun vaxtından əvvəl azadlığa buraxıldığı deyilir.

Bu barədə məlumatı Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, qurumun penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçib, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır. Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.

“Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da cəzasının bitməsinə az qalmış məhbusların azad olunması haqda məlumat verib .

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə Meydan TV-yə məsələdən xəbərsiz olduğunu deyib:

“Mən tapşırıqla bağlı müəssisəyə getmişəm, hazırda işdə deyiləm. Ona görə də məlumatsızam”

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  26 March 2020
Featured in:  
Shortlink:   http://mtv.re/xn7m2i

Most Viewed