
Source: Foto: sosial şəbəkə
Caption: Real tv
Real TV: Afət Telmanqızı və Ləman Ələşrəfqızına məhdudiyyət tətbiq olunmayıb
Afət Telmanqızı: “Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər?”
Real TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması haqqında fevralın 17-də yayılan məlumatlara münasibət bildirib.
Telekanaldan deyilib ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə Real TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır:
“Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova (Telmanqızı) və Ləman İsmayılova (Ələşrəfqızı) ilə xidməti müqavilə uzadılmayıb. Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.
Meydan TV Real TV-nin yaydığı məlumatla bağlı Afət Telmanqızı ilə əlaqə saxlayıb.
A.Telmanqızı bu məsələnin onun üçün qapandığını vurğulayıb:
“Əlbəttə, qarşı tərəf deməyəcək ki, işdən azad ediblər. Özlərinə haqq qazandırmaq üçün başqa nə deyə bilərlər? Ona görə nə istəyirlər yazsınlar”.
Fevralın 17-də Afət Telmanqızı Meydan TV-Yə sosial şəbəkədə seçki saxtakarlığına etiraz etdikləri üçün işdən çıxarıldıqlarını demişdi:
“Qarşımızda şərt qoyuldu. Sosial şəbəkədə yazdıqlarımızı silməli, ya da işdən çıxmalıydıq. Biz də işdən çıxmağı seçdik. Təhdidlə şərt qoymuşdular. Biz isə yazdıqlarımızı silməməyi üstün tutduq. Biz dövlətə qarşı hansısa pis iş tutmamışıq. Sadəcə seçkidə baş verən qanun pozuntuları ilə bağlı faktları ictimailəşdirmişik. Mən və Ləman xanım 9 fevral seçkilərinə namizəd kimi qatılmışdıq. İlqar Mikayıloğlunun isə xanımı namizəd idi. İndi necə ola bilər ki, orada baş verən qanun pozuntuları barədə danışmayaq? Bu, həm də jurnalist kimi bizim borcumuzdur”,- Afət Telmanqızı deyib.
Real TV-nin açıqlamasında işdən çıxarıldığı bildirilən İlqar Mikayıloğlu haqqında heç nə deyilməyib.
Afət Telmanqızı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən seçki yarışına qatılmışdı. MSK 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP-çı İmamverdi İsmayılovu qalib elan edib.
Ləman Ələşrəfqızı isə 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Bu dairədən 2015-ci ildə olduğu kimi Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru Aqiyə Naxçıvanlı qalib elan olunub. İlqar Mikayıloğlunun isə həyat yoldaşı Zülfiyyə Yaqub qızı Bayramova 81 saylı Beyləqan Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. MSK bu dairədən Şahin İsmayılovu qalib elan edib.
While you are here …
We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.
Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.
SUPPORT USMost Viewed
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 March 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 February 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 April 2019 -
"Bunun adı repressiyadır"
28 February 2019