Ərəstun Baxşəliyev

Source: Foto: arxiv

Caption: Ərəstun Baxşəliyev

ReAL Partiyasının üzvü azadlığa buraxılıb

Ərəstun Baxşəliyevin apelyasiya şikayəti təmin olunub

Martın 27-də ReAL Partiyasının Yasamal Rayon Təşkilatının sədri Ərəstun Baxşəliyev azad olunub.

O, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Məlumatı partiyanın sədri İlqar Məmmədov yayıb.

ReAL Partiyasının Yasamal Rayon Təşkilatının sədri Ərəstun Baxşəliyev martın 25-də 10 sutka inzibati cəza almışdı.

İlqar Məmmədov bildirib ki, Ə.Baxşəliyev iki gün həbsdə qalıb:

“Gərək heç bu da olmayaydı, amma ziyanın yarısından da qayıtmaq xeyirdir. Yeni tipdə siyasi rəqabət qurmaq və bu rəqabətdə cümhuriyyətçi ideyalarımızı qalib etmək üçün mübarizəmizə davam. Biz isə hakimiyyətdən dialoq təşəbbüsünün konkret məzmunla doldurmasını hələ də gözləyirik”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/8gkvqk

Most Viewed