Source: publika.az

Rauf Mirqədirov: Laçın dəhlizində təlimlər Rusiyaya mesajdır

Şair Ramaldanov: “Təlimlərə terrorçuluqla mübarizə də daxil edilməmiş olmaz”

Azərbaycan və Türkiyənin xüsusi təyinatlı qüvvələrinin Laçın dəhlizi yaxınlığında təlimlər keçməsi Ermənistan və Rusiyada narazılıqla qarşılanıb.

Hərbi təlimlər avqust ayından Azərbaycan və Ermənistan arasında olan dövlət sərhədi boyunca, həmçinin də Qarabağda atəşkəs rejiminin intensiv pozulması, İrandan Qarabağda Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərə yüklərin daşınması fonunda baş tutub.

Məsələyə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da reaksiya verib. Ənənəvi brifinq zamanı jurnalistin Laçın dəhlizi yaxınlığında keçirilmiş təlimlərlə bağlı sualını cavablandıran Mariya Zaxarova Rusiyanın mövqeyinin Azərbaycan tərəfinə çatdırıldığı və Azərbaycanda partnyorların bunu anlaşıqlı qarşıladığını deyib. Həmçinin əlavə deyib ki, açıq ictimai şərh verməyə ehtiyac yoxdur.

Sosial şəbəkələrdə ekspertlər qeyd ediblər ki, bu cavab Rusiyanın təlimlərin keçirilməsi faktından bərk narazı qaldığının göstəricisidir. Bununla belə, şərhçilər hesab edirlər ki, Azərbaycanla vəziyyəti gərginləşdirməmək üçün Zaxarova ictimaiyyətə açıq şərh verməyib. Onlar hesab edirlər ki, Rusiya Azərbaycanla bu tip məsələləri pərdəarxası danışıqlarla həll edir.

Mariya Zaxarova

Mariya Zaxarova

Source: https://ruinformer.com/

“Rəsmi Bakı həm qorxur, hər də qorxutmağa çalışır”

İsveçrədə mühacirətdə yaşayan, politoloq Rauf Mirqədirov, məsələni Meydan TV-yə şərh edərək deyib ki, erməni təfərinə veriləcək elə bir ciddi mesaj olmadığından, bu təlimləri məhz Rusiyaya göndərilən mesaj kimi qəbul etmək olar.

“Bu, Bakının Ankarayla hərbi əməkdaşlığının daha sıx olmasının göstəricisi idi. Demək istəyirlər ki, Azərbaycanda Rusiyadan başqa Türkiyə qoşunlarını da yerləşdirə bilərik və buna imkanlarımız var”, - Rauf Mirqədirov deyib.

Politoloq da hesab edir ki, Mariya Zaxarovanın sözügedən cavabı narazılıq ifadəsi idi. Onun sözlərinə görə, Moskvanın, o cümlədən, Tehranın mövqeyi ondan ibarətdir ki, region dövlətləri bölgəyə daxil olmayan digər dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsinin əleyhinədirlər.

“Onlar bölgədə Türkiyə hərbçiləri ilə birgə təlimlərin keçirilməsini də istəmirlər. Moskva Bakının diqqətinə həmişə daha ciddi təsir imkanlarının olduğunu çatdırmağa çalışır. Ona görə də demək istəyirlər ki, müəyyənləşdirdikləri “qırmızı xətti” keçməyin”, - politoloq qeyd edib.

Bununla belə o, hesab edir ki, rəsmi Bakı Moskvadan müəyyən güzəştlər əldə etmək istəyir və bunun üçün əlində müxtəlif variantların olduğunu nümayiş etdirməyə çalışır.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Source: Meydan.TV

Rauf Mirqədivorun sözlərinə görə, rəsmi Bakı həm də Moskvanın təhdidlərindən qorxur, çünki hazırda Rusiya və İranla hərbi münaqişəyə girəcək dövlət deyil.

“Amma hakimiyyət Rusiyanın Azərbaycanın maraqlarına zidd siyasətini də başa düşür. Bu siyasət hökumətin daxildə mövqelərini zəiflətdiyindən, hakim elitanın da maraqlarına uyğun deyil. Ona görə Bakı bu cür təlimlərlə alternativlərin görüntüsünü yaratmağa çalışır və bunu Moskvanın nəzərinə çatdırır. Yəni həm qorxuruq, həm də qorxutmağa çalışırıq”, - Rauf Mirqədirov bildirib.

“Hərbi təlimlərin keçirilməsi Azərbaycanın daxili işi və hüququdur”

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəis müavini, ehtiyatda olan polkovnik Şair Ramaldanov Meydan TV-yə deyib ki, beynəlxalq hüquq normaları çərçivəsində hər bir ölkə belə tədbirləri öz daxili işi və hüququ sayır.

“Təlimlərin ermənilərin yaşadığı yerlərə yaxın keçirilməsi məsələsinə gəldikdə, onlar da Azərbaycanda yaşayır və təlimlərin keçirildiyi bölgələr də bizim ərazimizdir”.

Ekspertin fikrincə, Mariya Zaxarovanın bu tip ikibaşlı bəyanatlarla çıxış etdiyi ilk dəfə deyil.

Şair Ramaldanov

Şair Ramaldanov

Source: Şair Ramaldanovun şəxsi arxivindən

Təlimlərin keçirilmə xarakteri və məqsədlərinə dair danışan ehtiyatda olan zabit qeyd edib ki, bütün təlimlərin döyüş hazırlığı proqramı var.

“Proqramda da müxtəlif məşğələlər və metodiki növlərlə aparılan dərslər olur. Bunların sonunda keçirilən döyüş hazırlığının səviyyəsini yoxlamaq üçün məhz təlimlər gerçəkləşdirilir. Ona görə də Azərbaycan ordusunun təlimləri də bölük, tabor səviyyəsində olan taktiki təlimlərdir, irimiqyaslı deyil. Bu təlimlərdə iştirak üçün 100 nəfərdən 300-400 nəfərə kimi şəxsi heyət cəlb olunur. Təlimlər həm proqramdan irəli gələn ssenari üzrə aparılır, həm də bu gün bütün dünyada anti-terror əməliyyatı ilə bağlı suallar təlimlərə daxil edilir. Ona görə də terrorçuluqla mübarizə sualı da hərbi təlimlərin ssenarisinə də daxil edilməmiş olmaz”, - Şair Ramaldanov deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/480koe

Most Viewed