Qurban Qurbanov milli komandadan getdi

Rəşad Sadıqov da U-21 ilə vidalaşıb

Source:
Qurban Qurbanov
Qurban Qurbanov


Rəşad Sadıqov da U-21 ilə vidalaşıb

Dekabrın 8-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.


Komanda.az

xəbər verir ki, iclasda əsas məsələ kimi milli komanda müzakirə edilib.

Milli komandanın UEFA Millətlər Liqasında uğursuz çıxışı, üstəlik, Qurbanovun iki “cəbhə”də – həm “Qarabağ”da, həm də yığmada baş məşqçi postunu tutması müzakirə olunub.

Müzakirələrdən sonra Qurban Qurbanovun millidəki karyerasını bitirməsi qərara alınıb.

“Qarabağ”ın da baş məşqçisi qərarı belə izah edib:

“Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət çoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm, rahatam. Yaxşı baş məşqçilərimiz gəlir. Məncə, ən yaxşı qərarı AFFA verəcək. İcraiyyə Komitəsinin iclasına gələndə bilirdim ki, milli ilə vidalaşacam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm. Mən təyin olunanda da baş məşqçi üçün fikirlərini gizli bildirmişdilər”.

O, əlavə fikir söyləmək istəməyib:

“İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır. AFFA İcraiyyə Komitəsindən çıxarılmağımı təklif etdim. Burdan getmək istəyirəm. Çünki gərək fikrimiz öz klubumuzda olsun”.

Yeni baş məşqçinin adı isə İcraiyyə Komitəsinin dekabrın sonu, yanvarın əvvəllərində nəzərdə tutulan toplantısında açıqlana bilər.

Qurban Qurbanovun Azərbaycan millisiylə yollarını ayırmasından sonra Rəşad Sadıqov da U-21-in baş məşqçi postundan gedib.

AFFA R.Sadıqovla müqaviləni ləğv edib. R.Sadıqov millidən getmək istəməsə də, AFFA rəhbərliyi belə qərar verib.

AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, Azərbaycan millisinin və aşağı yaş qrupları üzrə yığmaların son bir ildəki nəticələrinin müzakirəsi aparıldı. Qurban Qurbanovla bağlı da qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin və müqaviləsinə xitam verilsin:

“Bizim üçün “Qarabağ”ın nəticələri də vacibdir. Təcrübə göstərdi ki, iki yerdə çalışmaq çox çətin işdir. AFFA İcraiyyə Komitəsi Qurban müəllimə minnətdarlıq etdi. Təəssüf ki, UEFA Millətlər Liqasında uğurlu nəticələr olmadı”.

Q.Qurbanovla millinin baş məşqçisi olaraq 6 illik müqavilə imzalanmışdı.

O, ötən ilin noyabr ayında milli komandanın baş məşqçisi təyin olunmuşdu.

R.Sadıqov isə 2017-ci ilin dekabrından U-21-in “sükanı arxasında” idi.

Ana səhifəXəbərlərQurban Qurbanov milli komandadan getdi