Qazax istiqamətində cəbhə xəttinin irəli çəkildiyi bildirilir

“Erməni tərəfinin mövqeləri önə çəkmə cəhdlərinə qarşı DSX bölmələri bir neçə döyüş postunu irəliyə çəkib”

Foto: Meydan TV

Son günlər Azərbaycan Dövlət Sərhəd Xidməti bölmələrinin Qazax rayonunda erməni qüvvələri ilə təmas xəttində irəlilədiyi bildirilir.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə çərşənbə günü bir neçə qeyri-rəsmi mənbə bildirib.

“Müdafiə Nazirliyinə yaxın “Azeridefence” saytı bildirib ki, Babakər dağı (700 metr) istiqamətində irəliləmə olub. Erməni tərəfinin mövqeləri önə çəkmə cəhdlərinə qarşı DSX bölmələri bir neçə döyüş postunu irəliyə çəkib.

Yeni mövqelər tutulduqdan sonra Ermənistan ərazisindəki bəzi döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub”, – agentlik yazıb.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti proses barədə məlumat yaymayıblar.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Report” saytına bildirib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır.

“Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb… Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq.

Ana səhifəXəbərlərQazax istiqamətində cəbhə xəttinin irəli çəkildiyi bildirilir