Source: google

Qaşıqçının məhkəməsində 20 Səudiyyə rəsmisi qiyabi mühakimə edilib

Hüquq müdafiəçiləri ümid edirlər ki, İstanbul məhkəməsi Ər-Riyada qarşı sanksiyaları gücləndirəcək

Türkiyə məhkəməsi beynəlxalq həyəcan doğuran və Səudiyyə Ərəbistanının imicinə xələl gətirən jurnalist Camal Qaşıqçının vəhşicəsinə öldürülməsinə görə 20 Səudiyyə rəsmisini qiyabi mühakimə edib, - “Reuters” xəbər verir.

Qaşıqçı 2018-ci ilin oktyabrında evliliyindən ötrü sənəd toplamaq üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. Bəzi Qərb hökumətləri, həmçinin CIA qətlin sifarişçisinin Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın olduğu qənaətindədir. Səudiyyə səlahiyyətliləri bu ittihamı rədd edirlər.

“Qaşıqçının nişanlısı Hatice Cengiz o konsulluqda doğranıb parçalanarkən binanın xaricində hadisədən xəbərsiz onu gözləyib”, - prokurorlar bildirib.

İttiham aktında Səudiyyə Ərəbistanının ümumi kəşfiyyat rəhbərinin keçmiş müavini Əhməd əl-Əsiri və keçmiş kral məhkəməsi müşaviri Səud əl-Qahtani “dəhşətli niyyət ilə qəsdən adam öldürmə” də ittiham olunur.

Dekabr ayında Səudiyyə Ərəbistanın məhkəməsi 5 nəfəri ölümə məhkum edib. Üç nəfər isə həbs edilib. Qaşıqçının ailəsi daha sonra qatilləri bağışladıqlarını bildirmişdilər. Cengiz bu qərara etiraz etmişdi.

Hüquq müdafiəçiləri ümid edirlər ki, İstanbul məhkəməsi işə yeni qığılcım qatacaq və Ər-Riyada qarşı sanksiyaları gücləndirəcək. Bu qərarla xaricə səyahət etdikləri təqdirdə şübhəlilər həbs edilə biləcəklər.

H.Cengiz bu həftə “Reuters”-ə verdiyi açıqlamada məhkəmənin ərinin öldürülməsi, xüsusən də cəsədinin necə parçalandığı ilə bağlı yeni sübutlar tapacağına ümid etdiyini deyib. Türk rəsmiləri qatillərin jurnalistin cəsədinin qalıqlarını yandırmağa çalışdıqlarını deyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/iedtel

Most Viewed