Azər Aydəmir

Source: Meydan TV

Caption: Azər Aydəmir

“Qarabağ restoran deyil, açılışını edək”

Aktyor şou əhlinin işğaldan azad olan torpaqlara səfərinə narazılıq edir

“Üç minə yaxın şəhidimizin, minlərlə qazimizin canı, qanı bahasına azad olunan Şuşa Bulvardakı, yaxud da Bayıldakı bahalı restoranlara oxşayır”.

Aktyor Azər Aydəmir bu fikirləri sosial şəbəkədə yazıb. Sənətçi son zamanlar müğənnilərin və sosial şəbəkələr vasitəsilə populyarlaşan digər şəxslərin Şuşada, Cıdır düzündə, həmçinin işğaldan azad olunan digər ərazilərimizdə foto və video çəkdirərək paylaşmaqlarını şərh edərkən belə deyib:

“İşğaldan azad olunan torpaqlara təyin edilən orqanların yanaşmasında problem var. İşğaldan azad olunan torpaqlar restoran deyil. Qarabağ restoran deyil açılışını edək. Həmin əraziləri gəzməyə icazə verən adamlar nədənsə hesab edirlər ki, işğaldan azad olunan torpaqları reklam etmək, gələcəkdə turizm axınını təşkil etmək üçün “güclü” tanıtmaq lazımdır. Bunu da ən bəsit üsulla, “İnstagram” sosial şəbəkəsinin “fenomenləri” vasitəsilə etmək lazımdır.

Şuşadan şəkil, video çəkdirib, sosial şəbəkələrdə paylaşan “tik-toker”, “vayner”, “bloger”, “vloger”, “fud-bloger”, stilist, müğənni (konsert verməyə gedənlərdən xaric) və digərlərinin hamısının şəkilləri var. Bunu etməkdə məqsəd nədir?

Şuşanı, Kəlbəcəri, Qubadlını, Cəbrayılı, Füzulini, Zəngilanı oyuncaq hesab edirsiniz? O torpaqları nərddə oynayanda udmuşuq? Həmin torpaqlara Birinci Qarabağ Müharibəsinin qazilərini, şəhid ailələrini, analarını, bacılarını aparmaq lazımdır. Torpaqları onlara göstərib, “Gözünüz aydın!” demək lazımdır. Uzun sözün qısası, Vətən müharibəsi uğrunda canını, qanını qoyan insanların ruhu, onların ailələrinin səbri ilə oynamayın”.

Bir neçə gün öncə Şuşa şəhərində azərbaycanlı müğənnilərin konsert proqramı təşkil olunub. Konsert proqramı AzTV vasitəsilə yayımlanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/5duoet

Most Viewed