Azərbaycan ordusu

Source: Reuters

Caption: Azərbaycan ordusu

Qarabağ müharibəsinin bir ayı: itkilər və uğurlar...

Article was updated on :  27 October 2020

Arif Hacılı: "Təşəbbüs bütün hallarda Azərbaycanın tərəfindədir"

Oktyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan müharibənin bir ayı tamam oldu.

Ötən müddətdə Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Xocavənd, Kəlbəcər rayonlarının isə bir sıra kəndlərini işğaldan azad edib.

Azad İsazadə

Azad İsazadə

Source: Meydan Tv

Hərbi ekspert Azad İsazadə ötən bir ayı təhlil etmək üçün I Qarabağ müharibəsiylə müqayisə etməyin vacibliyini vurğulayıb: “90-cı illərdə indiki kimi 1 aya 4 rayonda uğurlu əməliyyat aparılmamışdı, ən yaxşı halda bir rayon azad olunmuşdu, yaxud da Ermənistan bizim bir rayonu işğal etmişdi. Son bir ayın reallığı odur ki, 4 rayon və bir qəsəbə azad edilib. Bu baxımdan ciddi nailiyyət sayıla bilər. Bəli, hamımız qələbə arzusuyla yaşasaq da, özümüzü aldatmayaq ki, müharibə tez yekunlaşacaq. Əgər sona qədər getmək istəyiriksə də, Ermənistanla hansısa formada vuruşmalıyıq. Söhbət informasiya, hərbi-diplomatik və anti-terror müharibəsindən gedir. Real müharibəyə gəldikdə, fəsil dəyişir, qarşıdan qış gəlir və bizi işğalda olan dağlıq və meşəlik ərazilər gözləyir. Bu relyefdə irəliləmək çətindir”.

Arif Hacılı

Arif Hacılı

Source: Meydan Tv

Müsavat Partiyasının başqanı Arif Hacılı ümumi şəkildə hərbi əməliyyatları uğurlu sayıb: “Hərbi baxımdan o baxımdan uğurludur ki, 1 ayda 4 rayon, 150-dən çox kənd işğaldan azad edilib. Siyasi baxımdan ona görə uğurlu sayıram ki, bu dövrdə Azərbaycanən ərazilərinin işğal altında olması, döyüşlərin bizim torpaqlarda getməsi fikri dünya ictimaiyyətinə yetərli qədər çatdırılıb. Eyni zamanda, ciddi diplomatik basqılara rəqmən bu müddətdə Azərbaycanın ərazilərinin işğaldan azad olunması prosesinin davam etməsi həm də diplomatik nöqteyi-nəzərdən üstünlüyüdür. Təşəbbüs bütün hallarda Azərbaycanın tərəfindədir”.

Arif Hacılı deyir ki, bu prosesdə xalqın inamı özünə qayıtdı, milli ordunun erməni ordusundan qat-qat güclü olması ortalığa çıxıb: “Bu dövrdə Azərbaycaın müttəfiqləri, opponentləri və düşmənləri müəyyənləşib. Bütün bunlar bizim gələcəyimiz üçün avantajımızdır. İnanıram ki, hərbi-diplomatik sahədə aparılan iş uğurla nəticələnəcək”.

Şahin Hacıyev

Şahin Hacıyev

Source: Meydan Tv

“Turan” İA-nın redaktoru Şahin Hacıyev real nəticələr olduğundan hərbi əməliyyatları müsbət qiymətləndirib: “Hərbi məsələlərdə hər şey birmənalı olmur, problemlər və çatışmazlıqlar da var. Bu, itkilərlə bağlı olduğundan tam şəkildə çatışmazlıqlar da demək olmaz, ağır olsa da, müharibə itkilərsiz olmur. Siyasi baxımdan isə mövqelərimiz güclənib. Amma mənfi tərəfi böyük dövlətlərin təzyiqlərinin artmasıdır, sülhə məcburetmə cəhdləri güclənib. Türkiyənin dəstəyi və cəmiyyətdəki əhval-ruhiyyə təzyiqlərə tab gətirməyə imkan verir. Ən ciddi problem xarici təzyiqin qarşısının alınması və siyasi vəziyyətin dəyişməməsidir. Yəni böyük problem aparıcı dövlətlərin bundan artıq addım atmamasına nail olmaqdır”.

Şahin Hacıyev bildirib ki, informasiya müharibəsində problemlər qalır: “Xaricdə Azərbaycana qarşı təbliğata cavab lazım olan səviyyədə deyil. İnternetin, sosial şəbəkələrin məhdudlaşdırılması müəyyən problemlər yaradır, aydındır ki, bu, müharibəyə görə edilib. Amma bu, “əl-qolumuzu bağlayır”. Təəssüf ki, Azərbaycana qarşı ittihamlara istnilən səviyyədə cavab verilmir”.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

30 gündür ki, davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını və Hadrut qəsəbəsini azad edib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  27 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/vxb7fc

Most Viewed