“Qarabağ” Bakıda “Sevilya” klubuna böyük hesabla məğlub oldu

Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinə uğursuz başladı

Source: Google


Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinə uğursuz başladı

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” öz meydanında İspaniyanın “Sevilya” klubuna 0:3 hesabı ilə məğlub oldu.

Qonaqların üstünlüyü ilə keçən oyunun birinci hissəsində hesab açılmasa da, ikinci hissədə ispanların səviyyə fərqi özünü göstərdi. Hesabı görüşün 62-ci dəqiqəsində cərimə zərbəsindən dəqiq zərbə ilə Çiçarito açdı. Sonradan 78 və 86-cı dəqiqələrdə Munir və Torres “Sevilyanın” ikinci və üçüncü qollarının müəllifləri oldular.

“Qarabağın” digər rəqibləri Kiprin “Apoel” və Lüksemburqun “Düdelanj” klublarıdır. Azərbaycan çempionu növbəti oyunu səfərdə “Düdelanja” qarşı keçirəcək. Qaydalara görə, qrupda ilk iki yeri tutan klub Avroliqanın 1/16 final mərhələsinə vəsiqə qazanacaq.

Ana səhifəXəbərlər“Qarabağ” Bakıda “Sevilya” klubuna böyük hesabla məğlub oldu