“Qağayı” düşərgəsinin 27 illik sakinləri

“Qağayı” düşərgəsinin 27 illik sakinləri

Burada Şuşa, Laçın, Kəlbəcər, Ağdam və işğal olunmuş digər ərazilərin insanları məskunlaşıb. 300-dən çox ailənin yaşadığı düşərgədə vəziyyət ürəkaçan deyil. Məcburi köçkünlər deyir ki, qazları gəlmir, su isə daimi olmur. Yalnız həftənin müxtəlif günləri maşınla gətirirlər.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev deyir ki, məcburi köçkünlərin yeni mənzillə təminatı hər zaman diqqət mərkəzindədir. Ən qəzalı, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkün ailələri ilk növbədə yeni mənzillərlə təmin edilir. Bilgəhdə yerləşən “Qağayı” düşərgəsi də Dövlət Proqramına uyğun olaraq köçürülməsi nəzərdə tutulan obyektlər siyahısındadır. Gələcəkdə burada yaşayan məcburi köçkün ailələrinin yeni mənzillə təminatı məsələsinə baxılacaq.

Ana səhifəVideo“Qağayı” düşərgəsinin 27 illik sakinləri