Putinlə təmasda olmuş həkim koronavirusa yoluxub

Kreml Putinin mütəmadi olaraq koronavirus testindən keçdiyini, “hər şey qaydasında” olduğunu deyib

Source: Google

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinə Moskvanın əsas koronavirus xəstəxanasını təqdim edən həkimə çərşənbə axşamı virus diaqnozu qoyulub, – “Reuters” xəbər verir.

Putin keçən çərşənbə axşamı Kommunarka xəstəxanasına baş çəkib və həkim Denis Protsenkoyla söhbət edib. Onların heç biri qoruyucu maska istifadə etməyib, ziyarətin video görüntüsündən görünür.

“Facebook”da yazan Protsenko deyib: “Bəli, mən koronavirus testindən pozitiv keçmişəm, amma özümü yaxşı hiss edirəm. Mən öz ofisimdə təcrid olunmuşam”.

RİA xəbər agentliyi xəbər verir ki, Kreml Putinin mütəmadi olaraq koronavirus testindən keçdiyini, “hər şey qaydasında” olduğunu deyib.

Daha əvvəl Kreml Putinin virus və digər xəstəliklərdən qorunduğunu demişdi.

Kreml cümə günü Putinin administrasiyasında koronavirus hadisəsi barədə məlumat vermişdi, lakin sözügedən şəxsin prezidentlə əlaqə qurmadığını və virusun daha da yayılmasının qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü qeyd etmişdi.

Çərşənbə axşamı günü Rusiya millət vəkilləri hökumətə koronavirusla əlaqədar fövqəladə vəziyyət elan etmək səlahiyyətini verib. Qaydaların pozulması halında hətta yeddi ilədək cəza verilə bilər.

Ana səhifəDünyaPutinlə təmasda olmuş həkim koronavirusa yoluxub