Source: Google

“Putinin şahidləri” filmində tanınmış rejissorun üzü gizlədilib

“Bu hərəkət absurd tələblərin rəsmi şəkildə yerinə yetirilməsidir”

“Putinin şahidləri” adlı sənədli ekran işinin Ukraynada nümayişi zamanı filmdə yer alan tanınmış rejissor Nikita Mixalkovun üzü distributor tərəfindən gizlədilib.

“Nə qədər gülünc olsa da, bu, həqiqətdir”, - filmin rejissoru Vitali Manski məsələni şərh edərkən BBC-yəbelə deyib:

“Zənnimcə, bu addım, hər şeyi yaxşı anlayan insanların böyük məna kəsb etməyən qanunlara tabe olmaq oyunudur. Bu hərəkət absurd tələblərin rəsmi şəkildə yerinə yetirilməsidir. Açığı, belə etdiklərinə çox təəssüflənirəm. Bu üzdə (Nikita Mixalkovun üzündə) film üçün çox vacib olan ifadə var, baxışları, onun göstərdiyi münasibət, qeyri-səmimiliyi – bütün bunlar təsadüfi deyil və səhnəni dramaturji baxımdan tamamlayırdı. Daha neyləmək olar, olanımız budur”.

Nikita Mixalkov 2018-ci ilin əvvəlində Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən milli təhlükəsizliyə təhdid yaradan şəxslər siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyinin qara siyahısına o cümlədən müğənni Oleq Qazmanov, İosif Kobzon, Nikolay Rastorquev, Stas Pyexa, Qriqoriy Leps, müğənni Valeriya və onun həyat yoldaşı, prodüser İosif Priqojin, aktyorlar Sergey Bezrukov, Mixail Boyarski, İvan Oxlobıstin, Mixail Poreçenkov, Jerar Depardye və rejissor Nikita Mixalkov da düşüb.

Rusiyalı sənətçilərin qara siyahıya düşməyinin əsas səbəbi isə Krımın ilhaqını dəstəkləməsi və ölkənin şərqindəki tanınmamış respublikaları qoruyan silahlı üsyançıları müdafiə etməsi olub.

“Putinin şahidləri” adlı sənədli film Vladimir Putinin 1999-cu və 2000-ci illərdə hakimiyyətə gəldiyi dövrdə baş verən hadisələr barədədir. Ekran işində istifadə edilən kadrlar rejissor Vitali Manski tərəfindən 18 il öncə çəkilib.

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, Amerika Kino Akademiyasının kinematoqrafiya sənəti və elmləri üzrə Oskar mükafatçısı, rejissor Nikita Mixalkov 2015-ci ildə 70 illik yubileyi münasibətilə Bakıya yaradıcılıq səfəri çərçivəsində ustad dərsləri keçib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rw1x1k

Most Viewed