“Putini qovmaq üçün” Moskvaya yollanan yakut şaman anlaqsız hesab edilib

Qabışev Moskvadan olan müstəqil mütəxəssislər vasitəsilə öz ekspertizasını həyata keçirməyi planlaşdırır. Vəkillərin fikrincə, onun anlaqlılıq dərəcəsini ambulator ekspertiza çərçivəsində və bu cür qısa müddətdə müəyyənləşdirmək mümkün deyil.

Source: vk.com/shamanidet

Məqalə

"Novaya Qazeta"

saytında dərc olunub

Qabışev Moskvadan olan müstəqil mütəxəssislər vasitəsilə öz ekspertizasını həyata keçirməyi planlaşdırır Ekspertiza Moskvaya “Putini qovmaq” üçün yola düşən yakut şaman Aleksandr Qabışevi anlaqsız hesab edib. Bu barədə “Pravozaşitı Otkrıtki”nin vəkili Olqa Timofeyevaya FTX-nin Yakutiya üzrə idarəsindən məlumat veriblər.

Qabışev Moskvadan olan müstəqil mütəxəssislər vasitəsilə öz ekspertizasını həyata keçirməyi planlaşdırır. Vəkillərin fikrincə, onun anlaqlılıq dərəcəsini ambulator ekspertiza çərçivəsində və bu cür qısa müddətdə müəyyənləşdirmək mümkün deyil.

Qabışev mart ayında Moskvaya yola düşüb, sentyabrda Ulan-Udeyə çatıb. Sentyabrın sonunda şamanı Buryatiyada saxlayaraq Yakutiyada psixiatrik xəstəxanaya yerləşdiriblər. Prezident Vladimir Putinlə bağlı sözlərinə görə ona qarşı Cinayət Məcəlləsinin 280-cı maddəsinin 1-ci hissəsi (ekstremizmə çağırış) ilə cinayət işi açılıb. Qabışevin tərəfdarları şamanın anlaqlı hesab edildiyini bildirirlər.

Ana səhifəDünya“Putini qovmaq üçün” Moskvaya yollanan yakut şaman anlaqsız hesab edilib