Pulyuyan maşın nədir? (ARAŞDIRMA)

Azərbaycanın “pulyuyan maşın”ı demək olar ki, kölgə bank sistemi kimi fəaliyyət göstərən böyük şəbəkənin bir hissəsidir.

Source:


Bu araşdırma OCCRP saytında

dərc olunub

Azərbaycanın vəzifəli şəxsləri və hakim ailə Birləşmiş Krallıqda qeydiyyatda olan şirkətlər vasitəsilə 2,9 milyard ABŞ dolları həcmində vəsait yuyub.  Prosesə “Azərbaycanın pulyuyan maşını” adı verilib.

2012 və 2014-cü illərdə Azərbaycanın vəzifəli şəxsləri Estoniya bank hesablarından milyonlar qazanıblar. Şirkətlərin real sahibləri isə naməlum ofşor səhmdarların adları altında gizlədilib (Bax:

Dörd Əsas Şirkət

)

Sızdırılan məlumatlardan görünür ki, bu dörd şirkətin apardığı əməliyyatlar razılaşdırılmış şəkildə həyata keçirilib. Yüzminlərlə dollar bank hesabına köçürülür və həmin gün axşam saatlarında yoxa çıxır. Bəzənsə hesabda növbəti gün eyni əməliyyatı həyata keçirmək üçün bir neçə dollar saxlanır.

Ödənişlər bəzən bir neçə dəfə təkrarlanır. Vaxtaşarı iki və ya daha çox şirkət gün ərzində eyni məbləğdə pulu eyni alıcının hesabına yükləyib. Bundan başqa, pul yuyulmasını göstərən digər işarələr də var. Köçürülən və çıxarılan tranzaksiyaların başqa pulyuma sxemlərinə daxil olan məşhur ofşor şirkətlər qrupuna aid olduğu da məlum olub.

Bu qədər əziyyətə qatlaşmanın səbəbi nədir?

“Pulyuyan maşın” kimi əməliyyatlar keçmiş Sovet ölkələrində geniş yayılıb. Bu, həmin ölkələrin iqtisadiyyatında da dərin izlər buraxır. Belə əməliyyatlar hakimiyyət nümayəndələri, mütəşəkkil cinayətkar qruplar tərəfindən və hətta adi biznes məqsədlərində də – real pul mənbəyini gizlətmək, vergilərdən və sanksiyalardan yayınma, rüşvətvermə, gömrük rüsumlarından yan keçmə, maddi ehtiyatı Avropaya və ya digər bazarlara ötürmə, məsrəfçilik kimi məqsədlərdə istifadə edilir.

Azərbaycan əməliyyatı ilk olaraq çirkli pulların real mənbəsini və istiqamətini gizlətmək üçün düşünülüb. Lakin bu əməliyyat Bakı siyasi elitasının maraqlarına xidmət edən müəyyən şəxslərə (ölkədaxili və ölkəxarici) pul ödəyən rüşvətxorluq fondu kimi də istifadə edilib. Rüşvətxorluq fondu lüks hədiyyələr almağa və ya müxtəlif məqsədlər üçün xaricə pul göndərməkdə hakimiyyət nümayəndələrinə yardımçı olub.

Azərbaycan prezidenti İlham Əliyev ölkənin sərvətlərinin böyük hissəsinə nəzarəti öz əlində saxlayır. Ailə ölkənin azı səkkiz bankına, çox sayda lüks otellərinə, tikinti şirkətlərinə və digər əsas aktivlərə nəzarət edir.

Digər avtoritar dövlətlərdə olduğu kimi Azərbaycanda da hakim ailə bir çox halda evlilik və ya biznes əlaqələri sayəsində varlı biznesmenləri və siyasi elitanı ətrafına toplayıb. Həmin şəxslər isə adətən ölkədə nazirliklərin bir çoxunu idarə edir. Əliyevlərin lütfünə görə onların bəxti gah gətirir, gah da gətirmir.

Bu şəxslərdən çoxunun adı “pulyuyan maşın” əməliyyatı qeydlərində hallanır. Bəzi idxal şirkətləri “pulyuyan maşın”-dan rüsum və ya vergidən yayınmaq üçün istifadə edib.

“Pulyuyan maşın” sistemindən istifadə nümunələri göstərir ki, istifadəçilər çox müxtəlif və yaradıcı yollara əl atıblar. Bir azərbaycanlı iş adamının OCCRP-yə verdiyi məlumata görə, bu sistem onu gömrük işçilərinə xaricdən gətirdiyi idxal mallara görə rüşvət verməkdən xilas edib.

Ölkənin ən güclü məmurlarından biri olan Yaqub Eyyubov Macarıstanda idarə etdiyi şirkətin hesabından məhz “pulyuyan maşın” sistemi vasitəsilə milyonlarla dollar qazanıb. Eləcə də ailəsinin tibb xərclərini də oradan ödəyib. Digərləri bu sistemdən futbol klubunu, yüksək səviyyəli səyahət agentliklərini və  lüks avtomobilləri almaqda istifadə ediblər. Avtoritar rejimlərə xas olaraq, böyük məbləğlər Azərbaycanın xaricdə imicini müsbət tərəfə dəyişmək üzərində işləyən məşhur avropalılara xərclənib (Bax:

Təsir Maşını

).

“Pulyuyan maşın” sisteminə korrupsiya sövdələşmələrində biznes partnyotlar, müştərilər, konsultantlar, investorlar və digərləri qanuni iştirakçılar kimi qələmə verən ofşor şirkətlər daxildir. Adətən belə bir görüntü ilə də bu tranzaksiyaları izah edə bilən inandırıcı sənədlər izi buraxılır.

Azərbaycanın “pulyuyan maşın”ı demək olar ki, kölgə bank sistemi kimi fəaliyyət göstərən böyük şəbəkənin bir hissəsidir.

OCCRP jurnalistləri daha öncə

Rusiyanın “pulyuyan maşın”

ını ortaya çıxardılar. Bu sistem vasitəsi ilə 20 milyard ABŞ dollarından çox pulun Rusiya Federasiyasından çıxarıldığını və ondan daha kiçik pulyuyan maşınların Ukraynada fəaliyyət göstərdiyini aşkar ediblər. İki “pulyuyan maşın” bir-biri ilə əlaqəlidir. Azərbaycanın “pulyuyan maşın”ından keçən 33 şirkət Rusiya versiyasında da ortaya çıxıb.

Bütün bu iş mexanizmi eyni agentlər tərəfindən həyata keçirilir. Onlar bütün zəruri sənəd işlərini görür və şirkəti idarə edən şəxslər kimi görünürlər. Əslində isə bu agentlər, gizli sahibkar üçün işləyirlər.

Onlar eyni İngiltərə məhdud əməkdaşlıq növündən istifadə edirlər. Bəzi hallarda agentlər şirkət və bank hesablarını öz aralarında bölüşdürürlər. Metastar adlı şirkət Azərbaycanın “pulyuyan maşın”ı sisteminin mərkəzində olan şirkətlərdən birdir. Bu şirkət həmçinin, Rusiya “pulyuyan maşın”ı sistemində də istifadə edilib.

Bir çox pulyuyan maşınlar bir neçə iştirakçılara ehtiyatlarını toplayıb növbəti əməliyyatları da gizlətməyə imkan verir. Bu əməliyyatlardan biri OCCRP tərəfindən aşkar edilib. Proxy Platform eyni zamanda Meksikanın Sinaloa narkotika karteli, Vyetnam cinayətkar dəstəsi, Rusiya dövlət şirkətləri və Rusiya mütəşəkkil cinayətkar qrupları tərəfindən istifadə edilib.

Ekspertlərə görə, hər il qlobal şəkildə 2 trilyon ABŞ dolları həcmində vəsait yuyulur. Bu kimi pulyuyan maşınlardan biri, hər zaman iqtisadiyyatı inkişafda olan ölkələrdə yaranır. Belə bir saxta maliyyə mexanizmini qurmaq və onun fəaliyyətini təmin etməyin özü belə milyard dollarlıq bir biznesdir. Maraqlısı da odur ki, milli hüquq-mühafizə orqanlarının belə bir mexanizmi tapıb-aşkar etməyə heç bir aləti yoxdur. Görünən odur ki, pulyuyan maşınlar fəaliyyətini hələ də davam etdirməkdədirlər.

Ana səhifəAraşdırmaPulyuyan maşın nədir? (ARAŞDIRMA)