Prokurorluq Yeganə Əmiraslanovanın hava limanında saxlanmasının səbəbini açıqladı

“Bu məsələ ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə istintaq gedir”

Source: Yeganə Əmiraslanovanın şəxsi arxivindən


“Ona hər hansı məzmunda ittiham verilməyıb”

Bir neçə il əvvəl siyasi mühacir kimi Almaniyaya getmiş, hazırda isə bu ölkənin vətəndaşı olan Yeganə Əmiraslanovanın iyulun 30-da Bakıya gələrkən hava limanında saxlanması və axşama qədər prokurorluqda dindirilməsinin səbəbi məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Yeganə Əmiraslanova Azərbaycan vətəndaşlarının qanunsuz miqrasiyasının təşkili ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilib. Bu məsələ ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə istintaq gedir:

“Yeganə Əmiraslanova cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün şahid qismində dindirilib. O, istintaq orqanı tərəfindən saxlanılmayıb. Ona hər hansı məzmunda ittiham verilməyıb. Barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı qəbul edilməyib, axtarışa verilməyib”.

Yaxınlarının sözlərinə görə, Yeganə Əmiraslanova Bakıya səhhətində ciddi problem olan qardaşına baş çəkmək üçün gəlmişdi. Onu Bakıda hava limanında saxlayıb, prokurorluğa aparıblar: “Ümumilikdə 10 saata yaxın saxlayıblar. Axşam saat 21 radələrində buraxıblar”.

Ana səhifəSiyasətProkurorluq Yeganə Əmiraslanovanın hava limanında saxlanmasının səbəbini açıqladı