Prezident ailəsinə məxsus marketlər şəbəkəsi bazar payını 4 dəfə artırmaq istəyir

Prezident ailəsinə məxsus marketlər şəbəkəsi bazar payını 4 dəfə artırmaq istəyir

Azərbaycanda fəaliyyət göstərən ən böyük ticarət şəbəkələrindən biri ‘Bravo’ bazar payını dörd dəfə artırmaq istəyir. Üç il öncə cəmi yeddi mağazaya sahib olan Bravonun indi 71 mağazası var. “Bravo” mağazalar şəbəkəsinin də adı prezident ailəsi ilə bağlıdır. Şirkətin açıqladığı məlumatlara görə, “Azərbaycan Supermarket” MMC-nin üç payçısı var. Şirkətdə 25 faiz “İdeal Biznes Ko” MMC-yə, digər 25 faizlik iştirak payı “Yevro Standart” MMC-yə, qalan 50 faiz isə Mir Cəlal Paşayevə məxsusdur. Araşdırmalarla məlum olmuşdu ki, “Bravo”nun səhmdarları olan “İdeal Biznes Ko” və “Yevro Standart”dır.

Ölkənin iri banklarından sayılan “Xalqbank”ın da səhmlərinin 85 faizə yaxını məhz bu şirkətlərə məxsusdur. “Xalqbank”ın xarici şirkətlər tərəfindən həyata keçirilən audit hesabatlarında quruma prezidentin qızı Leyla Əliyevanın nəzarət etdiyi göstərilir.

“Bravo” brendinin sahibi olan “Azərbaycan Supermarket” şirkəti 2020-ci ildə 513 milyon manat gəlir əldə edib. Ötən il yarım milyard manatdan çox gəlir əldə etsə də, şirkət ard-arda üç ildir ki, zərərlə işləyir. Belə ki, “Bravo”nun zərəri 2020-ci ildə 47 milyon manata yaxın olub.

Ana səhifəVideoPrezident ailəsinə məxsus marketlər şəbəkəsi bazar payını 4 dəfə artırmaq istəyir