''Plastik qablar çıxandan çəlləyə tələbat azalıb''

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur

Göygöl sakini Cahan Cəfərov 1982-ci ildən çəllək hazırlamaqla məşğuldur. Usta deyir ki, əvvəllər çəlləyə böyük təlabat olsa da, hazırda belə deyil:

"Sovet dövründə 6 ay, 1 il öncə insanlar çəllək almaq üçün növbəyə dururdular. Şərab, turşu, pivə, bal, bəhməz saxlamaq üçün əla bir vasitədir. Daha sonra plastik (kapron) qablar çıxanda çəlləyə təlabat sürətlə azalmağa başladı. İndi çox az sayda adam çəllək sifariş verir".

Çəllək hazırlamaq üçün palıd ağacından istifadə olunur:

"Palıddan fərqli olaraq digər ağaclardan hazırlanan çəlləklərin içərisində məhsul saxlandıqdan bir müddət sonra həmin ağacın dadı və qoxusu məhsulda hiss olunur. Bu səbəbə görə çəllək üçün ən ideal ağac növu, palıddı".

Çəlləklərin satış qiyməti ölçüsünə görədir. Kiçik bir çəlləyin təxmini qiyməti isə 20-30 manatarası dəyişir. 500-600, hətta 1000 manata da çəllək var.

Cahan Cəfərovun sözlərinə görə, elə dəzgah və alətlər var ki, onlardan istifadə etməklə işini yüngülləşdirə bilər, amma çəllək işi incəlik tələb etdiyindən əl əməyindən istifadə olunur. Ölçüsündən asılı olaraq çəlləklər 1 litrdən tonlara qədər uzanır. Bir çəlləyin hazırlanmasına isə 3-5 gün bəzən də həftələrlə vaxt sərf olunur. Hazırda bu çəlləklərin alıcısı çox olmasa da, hər ay 1-2 çəllək hazırlayıb sata bilir.

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur

Cahan Cəfərov 35 ilə yaxındır ki, bu emalatxanasında çəllək düzəltməklə məşğuldur

Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur

Cahan dayı yeni çəllək hazırlamaq üçün özünü hazırladığı alətdə taxtanı yonur

Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır

Taxtalar düzgün kəsilib və yonulduqdan sonra bir-bir yığılmağa başlayır

Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır

Çəllək üçün ağaclar yonularaq standart bir formaya salınır

Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər

Çəllək hazırlamaq üçün ayrılmış xüsusi alətlər

Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır

Çəlləyin dairə forması olması üçün xüsusi sirkul vasitəsilə yoxlanılır

Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır

Cahan dayı boş vaxtında çəlləkdən gül qabları da hazırlayır

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/c4rl78

Most Viewed