Seymur Həzi

Source: Meydan TV

Caption: Seymur Həzi

Paşinyanın psixoloji “sızma”ları

Azərbaycan məhz 2020-ci ilin 27 sentyabrına kimi diplomatik variantları gözdən keçirir, sülh yolu ilə məsələni həll etmək istəyirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni xalqına növbəti müraciət ünvanlayıb. Bu müraciətdə biz hərbi əməliyyatların Paşinyanın simasında Ermənistanda yaratdığı mənəvi-psixoloji ştrixləri görə bilərik. Aydın məsələdir ki, Paşinyan vəziyyətin onun daxilində yaratdığı psixoloji proyeksiyanı tam gizlətməyə çalışıb, amma bunun mümkün olmadığını biz hamımız gördük. Beləliklə, erməni Baş nazir Azərbaycanla müharibədən necə təsirlənib və mənzərəni necə təsvir edir?

Niyə məhz ekspertlər?

Bununla bir neçə dəfədir ki, Paşinyan Azərbaycan ordusunun əməliyyatlarından bəhs edərkən adını çəkmədiyi hərbi ekspertlərə istinad edir. Və onların dili ilə deyir ki, 21-ci əsrdə bu miqyasda müharibə görünməyib. Minlərlə texnika, raketlər, dronlar, bir sözlə, cəhənnəm. Bu tablonu Paşinyan özünün adından səsləndirməkdən çəkinir. Ona görə ki, onun qorxduğu barədə ictimai fikir formalaşa bilər. Nikol adı açıqlanmayan ekspertlərə istinad etməklə həm də sözünün mötəbərliyini artırır. Nəhayət, məğlubiyyətin səbəblərini legitimləşdirir. O, ermənilərin şüurlatsına yeritmək istəyir ki, azərbaycanlıların çox güclü olduğu mənim yox, bu işi (hərb işi) bilənlərin rəyidir. Paşinyan bu cür gedişlə özünü qorumağa cəhd edir. Amma mimikalarında, nəfəsini idarə etməsində vəziyyətin daha pis olduğunu gizlədə bilmir. Onun danışarkən nəfəs almağa tələsdiyi hiss edilir, üstəlik, müraciət bitdikdən sonra studiyanı tərk edişi də daxili gərginliyini açıq biruzə verirdi.

“Suriya” nəqarəti

Bəli, Paşinyanın “hərbi ekspertləri”ndən sonra ikinci dayaq nöqtəsi “Suriyadan gələn cihadçılar”dır. Erməni nazir anlamaq istəmir ki, bu cür təkrarlar artıq qulağı incidən nəqarətə çevrilir. Ona görə ki, ölkə daxilində övladlarını başqasının torpağında ölümə göndərən analar üçün onların kimin tərəfindən öldürüldüyü elə də önəmli deyil. Önəmli olan odur ki, Paşinyan onların övladını ölümə verir, üstəlik vəd etdiyi müdafiəni də təşkil edə bilmir. Beynəlxalq aləmdə bu nəqarət ona görə qulaq incidir ki, bu iddia ortaya atıldı, amma sübut edilə bilmədi və Azərbaycan tərəfi haqlı olaraq sübutlar tələb etməklə qarşı tərəfin havadarlarını susdurdu. Başqa tərəfdən isə Paşinyanın hansısa cihadçı qrupu bu cür “ölüm ordusu” kimi təqdim etməsi Ermənistan ordusunun hansı vəziyyətdə olmasının göstəricisidir. Axı necə ola bilər ki, nizami ordu heç bir peşəkar təchizatı olmayan qruplaşmalardan belə qorxur. Bir tərəfdən də, Paşinyanın başqa marağı ortaya çıxır- erməni xalqına demək istəyir ki, az qala bütün türk-islam dünyası ilə vuruşuram. Bu isə əslində məğlubiyyətə psixoloji hazırlıqdır.

“Azərbaycanın hədəfi genosiddir”

Azərbaycanın dinc şəhərlərini ortamənzilli inkonvensional raketlərdən atəşə tutan, körpə uşaqların ölümünə səbəb olan Paşinyan deyir ki, Azərbaycanın hədəfi genosiddir, onlar bizim çağırışlarımıza, problemin həlli üçün danışıqlara gəlmirlər. Belə bir təhlükə nəinki yoxdur, hətta Azərbaycan Müdafiə Nazirliyi hər dəfə mülki erməni əhaliyə hərbi obyektlərdən uzaq olmağı tövsiyə edir. Paşinyan isə əslində bu tezislə erməniləri ölüm-dirim savaşına cəlb etmək istəyir. Anlamır ki, diaspora bu məsələlər üçün qurban vermək qərarına gəlib, amma bu qurban onların arasında deyil. Paşinyan özü bu məsələdə əsas rənglənmiş fiqurdur. Bununla belə, onun genosid iddiasına da cavab vemək pis olmazdı. Maraqlıdır ki, az qala 30 il ərzində bütün dünyanı saymazyana şəkildə başından edən Yerevan indi deyir ki, Azərbaycan onları yer üzündən silmək istəyir. O Ermənistan ki bir neçə gün öncə BMT-nin əsasnaməsini ayaq altına ataraq dövlətləri Qarabağdakı qondarma rejimi tanımağa çağırırdı. Azərbaycan isə məhz 2020-ci ilin 27 sentyabrına kimi diplomatik variantları gözdən keçirir, sülh yolu ilə məsələni həll etmək istəyirdi. Bunun qarşılığında Paşinyan sülh axtarışlarını ictimai çıxışlarında aşağılayır, Azərbaycan tərəfini qıcıqlandıran hərəkət və fikirlərdən çəkinmirdi. Amma o indi bütün dünya ermənilərini səngərə dəvət edir, Ermənistan kişilərini hərəkətə gətirmək üçün həyat yoldaşı üzərindən təbliğat şouları qurmaq cəhdləri edir. Görünür ki, Ermənistanda təkcə döyüşçü baxımından deyil, həm də soyuq analitik yanaşma üçün də ciddi insan resursları böhranı yaşanmaqdadır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xb6x1u

Most Viewed