Paşinyan Rusiya sülhməramlılarını müharibəni dayandırmağa çağırıb

“Hərbi mütəxəssislər düşünürlər ki, Prezident Əliyev müharibəni çətinləşdirəcək qış fəsli gəlmədən öncə Dağlıq Qarabağın əsas şəhərlərində böyük ölçüdə hərbi irəliləyiş edilməsini nəzərdə tutur”, – qəzet yazır.

Nikol Paşinyan. Foto: Meydan TV


Ekspert: “ Sülhməramlılar region ölkələrini yox, kənar dövlətləri təmsil etməlidir”

Ermənistanın Baş naziri Rusiya sülhməramlılarını Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çağırıb.

Nikol Paşinyan “The Telegraph”

qəzeti

nə müsahibəsində Moskvanın rəhbərliyi altındakı sülhməramlıların Azərbaycanla müharibəyə son qoymağın yeganə vasitəçisi ola biləcəyini bildirib.


Paşinyanın “optimal həll” yolu

Baş nazir ölkəsiylə Azərbaycan arasında getdikcə alovlanan müharibəyə son qoyularsa, mübahisəli Dağlıq Qarabağ bölgəsində rus sülhməramlılarının yerləşdirilməsini qəbul edəcəyini bildirib.

Nikol Paşinyan Rusiya qoşunlarının bitərəf qüvvələrinin indi qətiyyətli şəkildə Azərbaycanın xeyrinə yönələn münaqişədə "optimal həll" olduğunu deyib.

Qəzet yazır ki, onun Dağlıq Qarabağın gələcəyi ilə bağlı belə bir mühüm rolu Moskvaya vermək istəməsini yalnız bir aylıq döyüşlər ərzində 1000-dən çox hərbçisini və ən azı 100 tankını itirən Ermənistanın səssiz çarəsizliyinin bir əlaməti olaraq görmək olar.

“Hərbi drondan üstün olan silahlara sahib olan və Türkiyənin dəstəyini alan Azərbaycan Ermənistanın nəzarətində olan ərazilərinin geniş hissəsini geri alıb və görünür bütün bölgəni qaytarmaq niyyətindədir. Azərbaycan artıq Rusiya sülhməramlıları ideyasından imtina etsə də, Ermənistan onları indi daha çox torpaq və can itkisinin qarşısını kəsmək üçün tək yol kimi görür”, – qəzet yazır.


Sülhməramlılara müraciət

"Mən rus sülhməramlıların münaqişə bölgəsində yerləşdirilməsini dəstəkləyirəm", – deyə Paşinyan Ermənistanın paytaxtı Yerevan şəhərində verdiyi müsahibədə qeyd edib: "Ancaq məsələ budur ki, Rusiya sülhməramlılarının münaqişə zonasında yerləşdirilməsi münaqişənin bütün tərəfləri üçün məqbul hesab olunmalıdır".

Hər iki ölkə ilə yaxşı münasibətləri olan və özünü regional bir güc vasitəsi kimi görən Rusiya, bu ayın əvvəlində müharibəni sonlandırmaq üçün sülhməramlılardan ibarət qüvvə göndərməyə hazır olduğunu bildirib. Lakin Azərbaycan indiyə kimi bu ideyadan imtina edərək qanun çərçivəsində Dağlıq Qarabağın hələ də Azərbaycanın bir hissəsi olduğunu və orada üçüncü tərəflərin əsgərlərini qəbul etməyə borclu olmadığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev xarici sülhməramlıların yalnız Ermənistan qoşunlarının bölgəni tərk etdikdən sonra nəzərə alınacağınə söyləyib. Ermənistan isə bundan tamamilə imtina edib.

Rusiyanın Ermənistanda hərbi bazaları var və bu uzun müddət ərzində keçmiş Sovet Respublikasının təhlükəsizliyinin əsas zəmanəti hesab olunub. Ancaq Dağlıq Qarabağda sülh təminatçısı rolunun Moskvaya verilməsi, iki ölkənin fərqli siyasi yollarda irəlilədiyi bir zamanda Rusiyanın Ermənistanda siyasi mövqeyini xeyli artıracaq.


Ekspert deyir ki…

Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services Institute) beynəlxalq təhlükəsizlik tədqiqatları üzrə direktoru Neil Melvin “The Telegraph”a bildirib ki, Ermənistan indi Qarabağda üzləşdikləri ümidsiz vəziyyətin əksi olaraq Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsi fikrini qəbul edib:

dsc_4992_1.jpg
Neil Melvin

“Onlar bu qüvvələri vəziyyəti dondurmaq və hələ də nəzarətdə saxladıqları torpaqlarda yeni bir status-kvo yaratmaq məqsədilər istifadə etmək istəyirlər".

“Bu münaqişələr 1990-cı illərin əvvəllərində ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından bu yana bölgədə görülən ən sərt münaqişədir. Dağlıq Qarabağ rəsmiləri 1119 əsgərin və 39 mülki şəxsin öldüyünü bildirir. Azərbaycan rəsmiləri hərbi itkiləri açıqlamaqdan imtina etsə də, ancaq 90 mülki şəxsin öldüyü iddiasını irəli sürür. Hər iki tərəf bir-birini fərq qoyulmadan bombalamaqla və Rusiyanın vasitəçiliyi ilə bağlanan iki atəşkəsi pozmaqla ittiham edir.

Bununla yanaşı, Azərbaycan Türkiyə və İsrailə məxsus pilotsuz təyyarələr sayəsində Ermənistanın Sovet dövründən qalan Dağlıq Qarabağ dağlarındakı müdafiələrini məğlub edərək münaqişədə üstünlüyü ələ alıb. Azərbaycan qüvvələri hazırda Dağlıq Qarabağı Ermənistana birləşdirən əsas təchizat marşurutu olan Laçın koridorunu tutmaq ərəfəsindədir. Hərbi mütəxəssislər düşünürlər ki, Prezident Əliyev müharibəni çətinləşdirəcək qış fəsli gəlmədən öncə Dağlıq Qarabağın əsas şəhərlərində böyük ölçüdə hərbi irəliləyiş edilməsini nəzərdə tutur”, – qəzet yazır.


Akif Nağı: “Paşinyan son ümid yeri kimi baxır”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamasını ikibaşlı yanaşma adlandırıb:

“Baş nazir anlayır ki, Azərbaycan tərəfi razılaşmasa, bölgəyə hər hansı ölkənin sülhməramlısı gələ bilməz, amma bunun lehinədir”.

Akif Nağı deyir ki, Ermənistan Baş naziri Rusiya sülhməramlılarına son ümid yeri baxır:

Akif Nağı foto sosial şəbəkə
Akif Nağı

“Çünki Ermənistanda siyasi-iqtisadi böhran hər gün artır və üstəlik Azərbaycana da hərb meydanında müqavimət göstərə bilmirlər. Belə bir şəraitdə Ermənistanın nicatı Rusiyanın məsələyə müdaxiləsidir. Amma bunu da açıq şəkildə deyə bilmirlər. Hətta Rusiya sülhməramlıları gəlsə də, problem tezliklə həll olunan deyil. Yaxud yalnız rus sülhməramlıları da gələ bilməz, ATƏT Minsk Qrupu və Türkiyə ilə razılaşma olmalıdır. Ona görə də Ermənistanın xilası üçün Paşinyanın çıxış yolu ağ bayraq qaldırıb təslim olmasıdır”.


“Sülhməramlılar region ölkələrini yox, kənar dövlətləri təmsil etməlidir”

Siyasi icmalçı Əhməd Əlilinin sözlərinə görə, Nikol Paşinyan münaqişənin indiki hərbi mərhələsində Rusiyanın onun arxasından çəkildiyini yaxşı bilir:

“Məsələ ondadır ki, əvvəlki illərdə Ermənistan da, Azərbaycan da Rusiya sülhməramlılarının regiona gəlməsinə birlikdə yox deyirdilər və Budapeşt Sammitində qərar qəbul edilib ki, bunun üçün tərəflərin razılığı olmalıdır. İkinci, sülhməramlılar region ölkələrini yox, kənar dövlətləri təmsil etməlidir. Hazırda Baş nazir Paşinyan Rusiyanı Azərbaycanın əleyhinə yönəltməyin yeganə yolunun bu təklifi səsləndirməkdə görür. O bilir ki, Bakı bu təklifə rədd cavabı verəcək, beləliklə də, Yerevan Moskvanın gözündə yaxşı tərəfdaş olacaq. Bununla Paşinyan Rusiyadan yardımları daha da artırmaq niyyəti güdür”.

118645451_620172385184536_7703387997886241163_n.jpg
Əhməd Əlili

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

1 aydan çoxdur davam edən hərbi əməliyyatlar nəticəsində 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə – Hadrut, Mincivan, Ağbənd azad olunub.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib. Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi – red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətPaşinyan Rusiya sülhməramlılarını müharibəni dayandırmağa çağırıb