Xızı sakini Əfqan Abdullayev bildirir ki, bütün ailələri əkin-biçinlə dolanır

Source: Meydan.TV

Caption: Xızı sakini Əfqan Abdullayev bildirir ki, bütün ailələri əkin-biçinlə dolanır

Partlayışdan zərərçəkən: Təzminat ödəniləcəyi təsdiqləndi, ancaq verilmədi

“Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun”

“4 il əvvəl əkin sahəmin olduğu yerin yaxınlığındakı hərbi hissədə partlayış oldu. Kiminin evinə, kiminin heyvanına zərər dəydi. Mənim də həmin vaxt məhsul gözlədiyim bağım məhv oldu. İnsanların hamısına təzminat ödəndi. Mənim təzminatım da təsdiqləndi, ancaq bu günədək ala bilmirəm”.

Xızı sakini Əfqan Abdullayev belə deyir. Bildirir ki, bütün ailələri əkin-biçinlə dolanır. Əsasən tərəvəz əkini ilə məşğul olurlar. Elə 2017-ci il avqustun 27-də partlayış baş verəndə əkin sahəsində çalışırmışlar. Şükr edir ki, ailəsindən heç kim xəsarət almayıb, ancaq onların gələcək dolanışığı üçün əkdikləri bostanları məhv olub. Dolayısı ilə ailəsi maddi çətinlik çəkib, zərər görüb:

“Bizi də qeydiyyata alıb, təzminat yazmışdılar. Yəni dəymiş ziyan ödənilməli idi, ancaq bugünədək verilməyib. Yazdığımız məktublara nağıl cavablar göndərirlər. Müraciətimizə dəqiq baxan biri yoxdur. Bu günədək susurdum, fikirləşirdim ki, haqqımı almaq üçün səs-küy salmalı deyiləm, verilməlidir. Artıq dözmürəm, istəyirəm bu özbaşınalıqdan hamının xəbəri olsun ”.

Əsasən tərəvəz əkini ilə məşğul olurlar

Əsasən tərəvəz əkini ilə məşğul olurlar

Source: Meydan.TV

Şikayətçi bildirir ki, partlayış olan zaman məhsul yığımına çox az qalıbmış. Partlayış nəticəsində su xətti dağılıb, sahə günlərlə susuz qalıb və quruyub:

“Yayın isti vaxtları idi, su kəsildi və bizim məhsulumuz xarab oldu, çürüdü. Ekspert gəldi, partlayışdan zərərçəkənlərin zərərlərini yazdı. Mənim bostanıma da baxış keçirildi və müəyyən olundu ki, 10 min manat zərərim var. Əslində məhsul satışından daha çox gəlir əldə edirdim, amma buna da yox demədim, razılaşdım. Hadisənin üstündən 4 il keçməsinə baxmayaraq, nə ortada 10 min var, nə də bir kömək, yardım”.

Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir. Deyir, həmin bostan 8 nəfərlik ailəsinin yeganə gəlir mənbəyidir və onlar partlayış olan qışı keçirmək, yaşaya bilmək üçün borc götürməli olublar:

Partlayış baş verəndə əkin sahəsində çalışırmışlar

Partlayış baş verəndə əkin sahəsində çalışırmışlar

Source: Meydan.TV

“Gözümüzü məhsula dikmişdik. Olmayandan sonra necə dolanmalı idik? Təbii, biz həmin qışdan borc-xərclə çıxdıq. Kompensasiya verəcəklərini deyəndə, sevindik. Elə vəziyyətdən çıxdığımıza sevinirdik ki, get-gələ düşdük. İllərdir get-gəldəyəm, zülm çəkirəm. Dövlət idarələrində süründürməçilikdir. Kompensasiyanı mən tərtib etməmişəm, özləri edib, ancaq vermirlər”.

Şikayətçi bildirir ki, həmin vaxt bostanda xiyar əkibmiş. Amma hamısı tağında quruyub, məhv olub:

“Sonrakı illər də əkin-biçinlə məşğul oldum. Amma əvvəlki kimi bar vermədi. Sahəm hərbi hissənin 1 kilometrliyindədir. Ona görə ən çox zərər görən adamlardan oldum. Otu yananlara, evi dağılanlara yardım oldu. Ancaq mənə bu günədək kömək edilməyib”.

"Yazdığımız məktublara nağıl cavablar göndərirlər"

"Yazdığımız məktublara nağıl cavablar göndərirlər"

Source: Meydan.TV

Xızı Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsidən bildirilib ki, həmin il partlayışda zərər çəkmiş bütün vətəndaşlara kompensasiya ödənib:

“Bəlkə nəsə səhv olub, ya da vətəndaş vaxtında müraciət etməyib, araşdıracağıq. Amma həmin il kimin nə zərəri olmuşdursa, qarşılanıb. Komissiya təşkil olunmuşdu, zərərlə bağlı sənədləşdirmələr edildi və axırda da vətəndaşlara ödənildi”.

Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir.

Əfqan Abdullayevin bostanı 3 hektarlıq ərazidədir.

Source: Meydan.TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/mwi8ab

Most Viewed