Partiya sədrləri Milli Şuranın aksiyasını dəyərləndirib

“Bu dəfəki həbs dalğasının təsirini də aşıb qələbəyə aparan yola çıxmaq isə vəzifəmizdir”.

Source: Foto: Meydan TV


Müsavat başqanı və Real Partiyasının sədri açıqlama yayıb

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli 19 oktyabr mitinqi ilə bağlı bəyanat yaylb.

Bəyanatda qeyd olunub ki, mitinq və kütləvi aksiya keçirmək Azərbaycan vətəndaşlarının konstitusion hüququdur. Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında sərbəst toplaşmaq azadlığını təmin etmək haqqında öhdəlik götürüb:

“Amma buna baxmayaraq, bu gün faktiki olaraq Bakı şəhərində fövqəladə vəziyyət elan edilib. Polis qüvvələri tərəfindən mitinq keçiriləcək meydan öncədən tutulub və ətraf küçələr mühasirəyə alınıb. Nümayişçilərə qarşı görünməmiş zor tətbiq edilib, insanlara qarşı vəhşilik aktları həyata keçirilib. Yalnız 28 May meydanı və ətraf küçələrdə deyil, Bakı şəhərində internet kəsilib, mobil provayderlər öz müştərilərinə xidmət göstərməyi dayandırıb. Cənubdan, Şərqdən və Şimaldan Bakıya daxil olan yollar bağlanıb. Hətta Sumqayıt-Bakı elektrik qatarının hərəkəti dayandırılıb. Metronun “28 may” stansiyası və ona yaxın stansiyalar da bağlanıb. Bütün bunlara baxmayaraq, minlərlə insan aksiyaya qoşulub və 28 May meydanına yaxın ərazilərdə “istefa”, “Azadlıq” şüarları qışqırıb və mitinqin “Azad seçki”, “Siyasi məhbusları azad edin”, “Qarabağa azadlıq”, “Uşaqpullarını verin”, “Sosial sığortanı təmin edin” və sair plakatlar qaldırılıb. Azərbaycan hakimiyyəti bütün polis və təhlükəsizlik qüvvələrini şəhərə tökməsinə, kütləvi həbslər həyata keçirməsinə baxmayaraq, aksiya baş tutub. Bu gün Azərbaycan xalqı öz iradəsini ortaya qoydu və azadlıq və demokratiya uğrunda dirəniş göstərdiyini nümayiş etdirdi”.

Cəmil Həsənli
Cəmil Həsənli

Bəyanatda Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mitinq meydanına gedərkən yolda saxlanıldığı xatırlanaraq qeyd olunub ki, onu müşayiət edən şəxslərə qarşı zor tətbiq edilib, mühafizəçilər, jurnalistlərə qarşı vəhşilik törədilib:

“Partiya liderini müşayiət edən Milli Şura və AXCP rəhbərliyində təmsil olunan şəxslər mülki geyimli polis və təhlükəsizlik işçiləri tərəfindən həbs ediliblər. 19 oktyabrda baş verənlər bir tərəfdən Azərbaycan xalqının öz haqqı və hüququ uğrunda mübarizəyə hazır olduğunu, digər tərəfdən Əliyev rejimi isə polis süngüsü üzərində oturduğunu nümayiş etdirdi. İlham Əliyevin 16 illik soyğunçu, korrupsioner, kriminal, antimilli, kleptokratik idarəçiliyi ölkənin dərin böhrana, əslində isə uçurumun qarşısına gətirib çıxarıb. Ölkənin müdafiə xərclərini oğurlayan bir hakimiyyətdən ayrı bir mənəvi keyfiyyət gözləmək mənasızdır. Bu rejim cinayətin içərisindədir və millətimiz bu cinayətkarlara get deyir. Millət iradəsi ortadadır və hakimiyyət bundan nəticə çıxarmalıdır. Əli Kərimli və digər həbs edilən şəxslər dərhal azad edilməlidir”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə 19 oktyabr aksiyasını möhtəşəm adlandırıb:

“AXCP sədri Əli Kərimli, onun müavini Seymur Həzi də daxil olmaqla çoxsaylı AXCP üzvləri, Müsavat başqanının müşavirləri, Məclis üzvləri də daxil olmaqla çoxsaylı Müsavat üzvləri həbs edilib. Şüarları və tələbləri haqlı olan siyasi aksiya bütün Azərbaycanda böyük əks-səda doğuraraq, irəli sürülən tələblərə diqqətin cəlb olunması baxımından məqsədlərinə nail olub”.

Müsavat Partiyasının başqanı Arif Hacılı
Arif Hacılı

Müsavat başqanı hakimiyyətdən vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasını, mitinqin tələblərinin yerinə yetirilməsini, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib.

“19 oktyabr şəhərin mərkəzində keçirilən aksiya bizim indiyədək söylədiyimizi hər kəsə aydın şəkildə göstərdi: seçki, ya da seçki qədər mühüm siyasi bağlantıda vətəndaşlarımızı meydana səsləsək, qanuni, dinc və konstitusion etirazın öhdəsindən saxtakarlar gələ bilməyəcəklər. Hamınızı meydana dəvət edəcəyik, monarxiya üzərində cümhuriyyətçilərin qələbəsi mitinqinə”.

ReAL Partiyasının sədri İlqar Məmmədov
İlqar Məmmədov

Bu açıqlamanı Respublika Alternativ Partiyasının sədri İlqar Məmmədov yayıb.

İlqar Məmmədov bildirib ki, əsas tələbləri son iki gündə saxlanılanların tezliklə azadlığa buraxılmasıdır:

“Həbslər – artıq onilliklərdir – xalqın gözünü qorxutmaqdan ötrüdür. Bu dəfəki həbs dalğasının təsirini də aşıb qələbəyə aparan yola çıxmaq isə vəzifəmizdir”.

AZIZ3182.jpg
19 oktyabr aksiyası
Ana səhifəSiyasətPartiya sədrləri Milli Şuranın aksiyasını dəyərləndirib