Milli Məclis

Source: arxiv

Caption: Milli Məclis

Parlamentdə 190 manat müzakirəsi: Qapanmalara gedilibsə, ödəniş verilməlidir

Nazir müavini deyir ki, vətəndaş iş əvəzinə müavinət istəyir

“Azərbaycanda 2 milyona yaxın şəxsin 190 manat almasına ehtiyac var”.

Bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib:

Elnur Allahverdiyev

Elnur Allahverdiyev

Source: google.az

“Bəzi şəxslərə bir dəfə 190 manatlıq birdəfəlik ödəmə verilib. Ancaq birinci dəfə 190 manatlıq birdəfəlik ödəmə alan şəxslər var ki, onlara müxtəlif səbəblər gətirilərək ikinci dəfə həmin vəsait verilməyib. Bununla bağlı bizə çoxsaylı müraciət və şikayətlər daxil olur”.

“190 manatla bağlı bizə çoxlu müraciət daxil olur. Vətəndaşların bununla bağlı şikayətləri var”, - deputat Əli Məsimli deyib.

Əli Məsimli

Əli Məsimli

Source: arxiv

Deputat bildirib ki, 190 manatı kartından çəkməyən insanların kartının bloklanması məsələsinə yenidən baxılmalıdır. Onun sözlərinə görə, aprel-may aylarında 190 manat verildikdən sonra yenidən qapanmaya gedilib:

“Buna görə də insanlara 190 manat ödəniş yenidən verilməlidir. Operativ Qərargah bu məsələyə konkret münasibət bildirməyib. Burda düşünməli bir şey yoxdur. Qapanmalara gedilibsə, ödəniş verilməlidir”.

Nazir müavini: “Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, uzun müddət gəlib bank kartlarını götürməyən şəxslərə yenidən ödəniş edilmir: “Çünki biz hesab edirik ki, əgər şəxsin buna ehtiyacı varsa, gəlib həmin kartı götürəcək”. A.Əliyev əlavə edib ki, 190 manatla bağlı şikayətlər nazirlik tərədindən araşdırılır: “Bununla bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev göstəriş verib”.

Nazir müavininin sözlərinə görə, pandemiya ilə bağlı aprel və may aylarında 600 min vətəndaşa 190 manalıq birdəfəlik ödəmə edilib:

Anar Əliyev

Anar Əliyev

Source: google.az

“Mexanizm belədir ki, “Məşğulluq haqqında” qanuna əsasən, işsiz kimi qeydiyyatda olan şəxslərə ödəmələr düşür. Pandemiya dövründə işini itirən şəxslərə də işsiz statusunun verilməsini nəzərdə tutduq. Bundan sonra 16 bölgə üzrə xüsusi sərtləşdirilmiş karantin rejimi tətbiq edildi. Bu da nəzərə alınaraq vətəndaşlara sosial ödənişlər yenidən verildi. 2016-cı ildən həyata keçirilən ictimai işlər proqramını 90 minə qədər qaldırdıq. Vətəndaşlar işləmək əvəzinə daha çox 190 manat üçün müraciət edirlər. Bizim 26 mindən artıq vakant iş yerimiz var. 190 manatla bağlı şikayətlər nazirlik tərəfindən fərdi qaydada araşdırılır. Problemi olan vətəndaş dəvət olunur. Onlara mövcud qanunvericilik çərçivəsində müxtəlif işlər təklif olunur. Amma bir sıra halda vətəndaşlar bu işlərdən imtina edir, 190 manat ödənilməsini tələb edirlər. Məşğulluq Mərkəzi təklif edilən işdən imtina edən vətəndaşı işsiz kimi qeydiyyata almaqdan imtina edir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/2fa8u8

Most Viewed