Hadisənin olduğu küçə

Source: google.az

Caption: Hadisənin olduğu küçə

Parisdə polis qərargahında 4 nəfər öldürülüb

Hadisəni törədən şəxsin özü də başqa bir polis tərəfindən öldürülüb

Parisin mərkəzində yerləşən polis qərargahında çalışan 45 yaşlı İT mütəxəssisi cümə axşamı üç polis məmurunu və bir administrativ işçini bıçaqlayaraq öldürüb. “Reuters” xəbər verir ki, hadisədən zamanı o, binadakı digər bir polis məmuru tərəfindən vurularaq öldürülüb.

Fransız səlahiyyətliləri nahar vaxtı baş verən hücumun səbəbinin nə olduğunu söyləməkdən imtina ediblər və əlavə ediblər ki, hadisənin terrorla əlaqəli olub-olmadığını hələ də anlamağa çalışırlar.

Lakin polisə yaxın mənbələr Fransa mediasına bildiriblər ki, hadisə hücum edən şəxsin menecerləri ilə narazılığı zəminində baş verib.

Polis birliyinin lideri Jeann-Mark Bailleul hadisəni terror aktı deyil, cinayət kimi xarakterizə edib.

"Dəlilik anı olub",- Bailleul BFM TV-yə açıqlamasında deyib.

Notre-Dame Katedralina yaxın olan polis qərargahının ətrafı mühasirəyə alınıb və təhlükəsizlik səbəbiylə bir metrostansiya da bağlanıb.

Paris prokuroru Remy Heitzə görə öldürülənlər üç kişi və bir qadındır. Yaralı digər bir nəfər isə əməliyyata göndərilib.

Heitz deyib ki, polislər hücum edən şəxsin evini axtarıblar və anti-terror mütəxəssislər hadisəni dəyərləndirərək, terrorizmlə əlaqəli olub-olmadığını araşdırmağa çalışırlar.

Fransanın daxili işlər naziri Kristof Kastaner deyib ki, hücum edən şəxs onun həmkarlarına tanışdır və o, bir müddət İT departmanetində çalışıb.

"O, heç vaxt davranış qüsurları nümayiş etdirməyib və heç vaxt bugünkü hadisəyə qədər həyəcan təbili üçün zərrə qədər də səbəb verməyib”,- Kastaner deyib.

Çərşənbə günü minlərlə polis bu il sıralarında olan onlarla insanın intiharına səbəb olan pis iş şəraitinə etiraz olaraq Paris küçələrinə çıxıblar.

Polis birliklərinin verdiyi son məlumata görə, 2019-cu ildə 52 polis əməkdaşı intihar edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/cocszx

Most Viewed