Ötən 8 ayda 35 minə yaxın şəxsə əlillik təyin edilib

“Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub”, – məlumatda deyilir

Source: Specify Source


Onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır

2021-ci ilin yanvar-avqust ayları ərzində 35 minə yaxın şəxsə əlillik təyin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda belə deyilir. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, onlardan 11 min nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanları məhdudluq təyin olunanlardır.

“Əlillik təyinatından sonra proaktiv qaydada elektron sistem üzərindən onlara əlilliyə görə pensiya və ya müavinətlər təyin olunub”, – məlumatda deyilir.

Həmçinin bildirilir ki, bu ilin 8 ayında əlilliyi olan 8,5 min şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Ana səhifəSosialÖtən 8 ayda 35 minə yaxın şəxsə əlillik təyin edilib