Ölüm ayağındakı atasını görməyə gələn siyasi mühacir həbs edilib

Azad Həsənlinin harada saxlanıldığı bilinmir

Source:
Azad Həsənli
Azad Həsənli


Azad Həsənovun harada saxlanıldığı bilinmir

Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvü Azad Həsənli oktyabrın 11-də saxlanılıb. Məlumatı Müsavat başqanının müavini Səxavət Soltanlı yayıb.

Onun sözlərinə görə, mühacirətdə olan Azad Həsənov ölüm ayağında olan atasını görmək üçün oktyabrın 10-da Azərbaycana gəlib və bu gün səhər saatlarında həbs olunub.

Azad Həsənovun xanımı Təranə Həsənovanın “Bastainfo”-ya verdiyi məlumata görə, o, Bakı hava limanında problemlə üzləşməsə də, sonradan həbs edilib:

“Azad dünən saat 9-da Bakıya zəng vurdu. Dedilər, atan can verir. O, təcili bilet aldı və saat 3-də Bakıya çatdı. Problemsiz sərhədi keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə gedib namaz qılmağa. Orada 662 nömrəli qara “Hundai” maşından düşən mülki formalı şəxslər, onun qollarını burub maşına oturdublar. Qardaşı yaxınlaşıb kömək etmək istəyəndə, onu sinəsindən itələyib deyiblər ki polisdənik”.

Azad Həsənovun harada saxlandığı bilinmir.

Müsavat Partiyası mətbuat xidmətinin verdiyi məlumata görə, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevral ayından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.

Ana səhifəXəbərlərÖlüm ayağındakı atasını görməyə gələn siyasi mühacir həbs edilib