Source: Marius Becker

Ölkəyə qayıtmaq istəməyən daha bir azərbaycanlı özünə xəsarət yetirib

Azərbaycana qayıtmaq istəməyən 53 yaşlı şəxsin özünə xəsarət yetirdiyi bildirilir. "ikz-online.de” saytı yazır ki, hadisə oktyabrın 14-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin İzerlon şəhərində baş verib. 

Məlumatda deyilir ki, səhər saat 6 radələrində Miqrasiya Xidmətinin əməkdaşları sığınacaq üçün müraciət ərizəsinə imtina cavabı verildiyinə görə deportasiyası nəzərdə tutulan 53 yaşlı azərbaycanlı kişinin yaşadığı mənzilə gəliblər. Lakin o, qapını açmayaraq mənzildə barrikada qurub və içəri daxil olduqları təqdirdə, özünü bıçaqla öldürəcəyini bildirib. Merkişer rayon polisinin verdiyi məlumata əsasən, bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis çağırılıb və onlar mənzilə daxil olmağa müvəffəq olublar. Lakin polislər onun əlindən bıçağı alanadək , o, artıq özünə bir neçə dəfə xəsarət yetirib. Bundan sonra kimliyi barədə məlumat verilməyən azərbaycanlı, xəstəxanaya çatdırılıb.

Polis hadisə yerini saat 8 də tərk edib.

Deportasiyanın isteriya ilə qarşılanma halları yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Bu ilin avqustunda Almaniyanın İbbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən Hüseyn adlı azərbaycanlı da özünü doğramışdı. https://www.meydan.tv/az/article/leqat-azerbaycanli-almaniyadan-getmemek-ucun-ozunu-dograyib/?ref=search 

Bundan başqa, bu ölkədə qalmaq üçün kilsələrə sığınan azərbaycanlılar haqqında da məlumatlar yayılıb. https://www.meydan.tv/az/article/leqat-azerbaycanlilar-olkeye-qayitmamaq-ucun-kilselerden-siginacaq-isteyir/?ref=search 

“Legat” İnteqrasiya Mərkəzinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.

Ötən il, iyunun 18-də 51 azərbaycanlı Almaniyadan deportasiya edilib. Çarter reysi ilə Azərbaycana göndərilənlər Almaniyanın Bamberq, Waldsassen, Üiesburq, Kürten (Bergisch Gladbach), Hoff, Rhede, Bocholt və digər şəhərlərində yaşayanlar olub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/myivlr

Most Viewed