"Söhbət tək mənim oğlumdan getmir, binada başqa əlillər də ola bilər"

Source: Foto: google.az

Caption: "Söhbət tək mənim oğlumdan getmir, binada başqa əlillər də ola bilər"

“Oğlum pandusa görə 8 ildir ki, evdə “dustaq” olub”

Sahilə Məmmədovanın sözlərinə görə, evtikmə şirkəti tikdiyi binada pandus vəd etsə də, quraşdırmayıb

“Oğluma görə elə yaşayış yeri seçmək istədim ki, rahat hərəkət edə bilsin. Ancaq “Nail” MTK məni aldatdı. Evin pulunu qəpiyinəcən ödədim, tikinti başa çatandan sonra baxdım ki, əlillər nəzərə alınmayıb, binada pandus yoxdur. Halbuki müqavilədə binada pandusların qurulması da öhdəlik kimi qeyd olunmuşdu”.

34 yaşlı İsa mühəndis işləyib. Tikintidə iş vaxtı yıxılaraq sağlamlığını ömürlük itirib, 1-ci qrup əlildir. İsa kiminsə onu fiziki idarə etməsini istəmir. Özü əlil arabasıyla sərbəst hərəkət etmək istəyir. Elə buna görə də anası Sahilə Məmmədova bir neçə il əvvəl yaşadıqları köhnə binanın axırıncı mərtəbəsindəki mənzili sataraq, o vaxt hələ tikilməkdə olan binadan mənzil alıb. Ancaq tikinti başa çatanda və mənzildə təmir işlərinə başlayanda peşman olub.

“Ev tikirsənsə, əlilliyi olanı, xəstəni nəzərə almalısan”

“İki ilə yaxın panduslu bina axtardıq, tapa bilmədik. Nəhayət, gəlib Nizami rayonu ərazisindən bu binanı tapdıq, hələ tikinti gedirdi. 5 ildir evə köçmüşük, 5 ildir şirkətdən tələb edirəm ki, müqaviləylə üzərinə götürdüyü öhdəliyə əməl etsin, binada pandus sistemini qursun. Söhbət tək mənim oğlumdan getmir, binada başqa əlillər də ola bilər. Əgər sən insanların yaşayışı üçün yer tikirsənsə, mütləq əlilliyi olanı, xəstəni nəzərə almalısan. Üstəlik də, bunu müqaviləylə öhdəlik olaraq üzərinə götürmüsən. Oğlum 8 ildir ki, əlil arabasındadır. Təkəm, onu çölə çıxartmaq imkanım yoxdur. Yuxarı mərtəbədəki evimi satıb, borca-xərcə girib gəlib ikinci mərtəbədə ev aldım ki, oğlumu havaya çıxara bilim, adam arasında olsun. Ancaq evimizin yerini dəyişmək heç nəyi dəyişmədi. Köhnə evdə 3 il qapalı qaldı, indi də 5 ildir təzə evdə qapalı qalıb. 34 yaşlı oğlum hava istəyir, günəş istəyir, cəmiyyət arasına çıxmaq istəyir”, - Sahilə Məmmədova deyir.

Sahilə xanım hələ təmirə başlamazdan əvvəl şirkətə narazılığını bildirib. Şirkətdən isə deyilib ki, pandus quraşdırılması “yaddan çıxıb” və vəd olunub ki, bu iş tezliklə həllini tapacaq. Təmir başa çatandan, Sahilə xanım mənzilə köçəndən və 1 il gözləyəndən sonra növbəti dəfə şirkətə müraciət edəndə bildirilib ki, pandus quraşdırılması üçün gecdir.

“Dedilər, xoşun gəlmirsə, evini satışa çıxaraq”

“Dedilər, xoşun gəlmirsə, mənzili satışa çıxaraq, satılsın, ödədiyin pulu özünə qaytaraq. O evə xeyli təmir xərcim çıxıb. Həyasızlığa baxın ki, mən bunlardan pandus quraşdırmalarını tələb edirəm, bunlar deyir, gəl, evini sataq. Nəyə görə evimi satışa çıxarmalıdılar, mən hələ neçə il gözləməliyəm ki, evim satılsın, üstəlik, bu, mənə də, əlil oğluma da növbəti köç stresi yaşatmaqdır”, - şikayətçi bildirir.

Hüquqşünas: “Qanunda boşluq var”

Hüquqşünas Namizəd Səfərov deyir, 2013-cü ildən qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsində yaşayış binaları inşa edilərkən əlilliyi olan şəxslərin rahat hərəkət etməsi üçün gərəkən avadanlıqların-pandusların qurulması ilə bağlı bənd var. Ancaq bu bənd tələb kimi qoyulmayıb:

Namizəd Səfərov

Namizəd Səfərov

Source: Meydan TV

“Bu qanunda boşluq var. Boşluq da ondan ibarətdir ki, bu bənd tələb kimi qoyulmayıb. Bənddə deyilənlər yerinə yetirilmədiyi halda hər hansı inzibati cəza (cərimə və sair) nəzərdə tutulmayıb. Yəni şirkətlər bu bəndə əməl edə də bilərlər, etməyə də... Ancaq konkret dediyiniz məsələyə gəlincə, əgər şirkətlə payçı arasında bağlanmış müqavilədə pandusların quraşdırılması öhdəliyi varsa, vətəndaş müqavilə şərtlərinin yerinə yetirilməməsi ilə bağlı məhkəməyə müraciət etməlidir. Şirkət müqavilənin şərtinə əməl etmədiyindən, əksinə, məhkəmə şirkətdən vətəndaşın xeyrinə təzminat da tuta bilər. Üstəlik də devalvasiyalar nəzərə alınmaqla vaxtilə ödədiyi məbləğdən əlavə pul ala bilər".

“Nail” MTK bir neçə il əvvəl müflisləşərək qapadılıb. Hüquqşünas deyir, şirkət müflis olubsa, onun istifadəyə verdiyi binanın sakinləri pandus probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həmin qurum isə binanın yerləşdiyi ərazi üzrə icra hakimiyyətinə müraciət etməlidilər.

Ramil Osmanlı

Ramil Osmanlı

Source: Foto: Meydan TV

Əmlak eksperti Ramil Osmanlı deyir, əlillərin rahat hərəkəti təkcə yaşayış binalarında yox, bir sıra ictimai məkan və ərazilərdə də nəzərə alınmır. Səkilərdə, pilləkənlərdə və piyada keçidlərində bu çatışmazlıq daha qabarıqdır:

"Əsas problemlərdən biri əlillər üçün infrastrukturun nəzərə alınmamasına nəzarət və buna qarşı cəza tədbirinin görülməsinin hansı orqanın səlahiyyətinə aid olmasının bilinməməsidir. Yəqin bu məsələdə nəzarət mexanizmi və məsuliyyət məsələsi dəqiqləşənə qədər problem qalacaq".

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7jxqxw

Most Viewed