Cavanşir Feyziyev

Source: Meydan TV

Caption: Cavanşir Feyziyev

OCCRP-Feyziyev məhkəmə işi yekunlaşıb

Təşkilat məqalələrə azərbaycanlı iş adamının mövqeyini daxil edib

Təqribən iki ildir ki, OCCRP Londonda azərbaycanlı iş adamı və parlament üzvü Cavanşir Feyziyev tərəfindən təşkilatın həmtəsisçisi Paul Raduya qarşı irəli sürülən bahalı və vaxt aparan məhkəmə iddiası ilə məşğul idi. Feyziyevin adı çirkli pulların yuyulması və maliyyə fırıldaqçılığı ilə bağlı olan Laundromat adlı araşdırma layihəsində çəkilir.

OCCRP-nin məlumatına görə, İngiltərə məhkəməsi müəyyən edib ki, məqalə Feyziyevi çirkli pulların yuyulmasında iştirak etməksini əsaslı şəkildə izah edib. Feyziyev isə bu iddianı rədd edib.

Keçən həftəsonu məhkəmə ərəfəsində iddiaçının vəkilləri işi Radu üçün əlverişli şərtlərlə həll etməyi təklif ediblər. Bu, uzun və mürəkkəb məhkəmə işini uğurla sonlandırıb. OCCRP komandası ciddi maliyyə riski altına alınıb.

Ən başından OCCRP məqalənin məhkəmə işinə layiq olmadığını bilib və yazıldığı kimi də hekayənin arxasında durmağa davam edir. “Feyziyevdən bəhs olunan məqalə veb-saytımızda qalacaq”, - OCCRP bildirib.

Məsələnin həllinin bir hissəsi olaraq OCCRP aşağıdakı ifadənin veb-saytda yerləşdirilməsinə razılıq verib:

“Cavanşir Feyziyev OCCRP saytında yayımlanan iki məqalə ilə bağlı böhtan ittihamları irəli sürüb. Məhkəmə müəyyən edib ki, bu məqalələr qanuni anlama sahibdir və onun çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinməsi üçün əsaslar var. Ancaq onun çirkli pulların yuyulmasında və ya hər hansı bir cinayət əməlində günahkar olmasına dair əsas yoxdur.

Tərəflər bu proseslərin həllinə razılıq veriblər. OCCRP məqalələrə cənab Feyziyevin çirkli pulların yuyulmasında və ya hər hansı bir qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə rədd etdiyi faktını əlavə etməyə razılıq verib”.

OCCRP həmçinin inanır ki, İngiltərənin hüquq sistemi xüsusilə də zərərvermə məqsədilə açılan məhkəmə işlərinə qarşı həssasdır. Böyük Britaniyada təcili olaraq anti-SLAPP qanunvericiliyə ehtiyac duyulur ki, bununla jurnalistləri və ya digər ictimaiyyət üzvlərini qorxutmaq, senzura etmək niyyəti ilə açılan ağır işlərdən qoruma mexanizmi təmin edilir. “Xüsusilə təəssüf doğuran məqam odur ki, öz ölkələrində korrupsiya haqqında yazan yerli müxbirlər hekayələrini hazırlayarkən İngiltərənin ayrı-ayrı media standartlarını nəzərə almalıdırlar. Sadəcə ona görə ki, əmlak qanuni və ya qeyri-qanuni yolla xarici vətəndaş tərəfindən İngiltərədə tapılır”, - OCCRP qeyd edir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/za0jel

Most Viewed