"Notr Dam" kilsəsinin önü

Source: Reuters

Caption: "Notr Dam" kilsəsinin önü

"Notr Dam" kilsəsində 3 nəfərin bıçaqlandığı bildirilir

Makronun hazırda Nitsaya yola düşdüyü deyilir

Oktyabrın 29-da Fransanın Nitsa şəhərinin kilsəsində 3 nəfər bıçaqlanaraq öldürülüb.

Rəsmilər və şəhərin bələdiyyə başqanı hadisəni terror adlandırıb.

Sağçı Respublikaçılar Partiyasından olan keçmiş millət vəkili, bələdiyyə başqanı Christian Estrosi özünün "Twitter" hesabında polisin cinayətkarı tutduğunu açıqlayıb.

"Bunun terror hücumu olduğunu təsdiqləyə bilərəm. Hadisə şəhərdəki "Notr Dam" kilsəsinin içində, yaxud yaxınlığında baş verib, polis hücum edən şəxsi saxlayıb və o, hazırda xəstəxanadadır", - deyə Christian Estrosi bildirib.

Estrosi jurnalistlərə bildirib ki, şübhəli saxlanandan sonra belə “Allahu Əkbər” (Allah böyükdür) qışqırıb.

Elə hadisə ilə bağlı terrorçuluq maddəsi ilə cinayət işi açılıb.

Polisdəki mənbə hadisə qurbanlarından bir nəfər qadının başının kəsildiyini söyləyib.

Sağ qanad siyasətçi Marin Le Pen də hücum zamanı başkəsmənin olmasından danışıb.

Fransa Prezidenti Emmanuel Makronun hazırda Nitsaya yola düşdüyü xəbər verilir

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ptipql

Most Viewed